2 fevral — Azərbaycan Gəncləri Günü!

Gənclərimizə ölkəmizin inkişafı uğrunda məsuliyyətli, təşəbbüskar, yaradıcı, innovativ, ünsiyyətçil, milli dəyərlərə, sosial ədalət və həmrəylik prinsiplərinə sadiq olan fəal vətəndaş olmağı, insan haqlarına və fərqli mədəniyyətlərə daima hörmətlə yanaşmağını, təhsil hönülmü, layihə düşüncəli, dünya ölkələrinin müsbət təcrübəsini öyrənməyi və tədbiq etməyi, yerli və xarici təhsil müəssisələrində təhsil alanlara yüksək uğurlar əldə etməyi arzu edirik!

Gənclər təşkilatlarına və qurumlara təklifimiz odur ki, Azərbaycanda həyata keçirilən gənclərlə bağlı proqramlarda ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərdən olan çoxsaylı gənclərimizin iştirak etməsinə  bərabər şərait və imkan yaradılsın, onların təlimlərdə, GHT, dövlət, biznes, fərdi sahibkarlıq, sənayə və kənd təsərrüfatı sahəsində işlə təmin olunmağında, gənclərin arasında olan həssas təbəqələrə sosial dəstək göstərilməsində dövlət qurumları ilə birgə fəal və məsuliyyətli hər bir gənc üçün faydalı və ünvanlı işlər görsünlər. Bu davamlı gələcək üçün vacib işdə Gənlərimizin liderlərinə uğurlar arzu edirik!

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *