“Yaşıl dünya və idman” mövzusunda ümumrespublika rəsm müsabiqəsi

Gənclər və İdman Nazirliyi “Yaşıl dünya və idman” mövzusunda ümumrespublika rəsm müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, yaşıllıqların bərpasında uşaq, yeniyetmə və gənclərin rolunun artırılması, eləcə də idmana olan marağın artırılması, incəsənətin inkişafı, sağlam və aktiv həyat tərzinin aşılanmasıdır.

Təqdim olunacaq rəsm əsərləri üçün əsas tələblər: rəsm əsərləri A4 ölçüsündən balaca olmamaq şərti ilə istənilən ölçüdə ola bilər. Rəsmlər kətan materialda, istənilən texnikada işlənilə bilər (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.).

Müsabiqə 4 yaş qrupu üzrə keçirilir:

— 6-10 yaş;

— 11-14 yaş;

— 15-19 yaş;

— 20 yaşdan yuxarı.

— Rəsm əsərləri 22 fevral 2024-cü il tarixinədək, aşağıda qeyd edilmiş ünvana təqdim edilməlidir:

— Bakı şəhəri, Olimpiya küçəsi, 4. Gənclər və İdman Nazirliyi.

— Əlaqə nömrəsi: 187.

Qeyd: Müəlliflərdən əsərin arxasında ad, soyad və əlaqə nömrələrini yazmaq, rəsmlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin surətini təqdim etmək xahiş olunur.

#Gənclərİdman#AzeSport#birkimibirlikdə