ADMİU-DA “Mədəniyyət: Problemlər və Perspektivlər” adlı elmi konfrans keçirilir

19 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə həsr olunmuş
“Mədəniyyət: Problemlər və Perspektivlər” Doktorant və gənc tədqiqatçıların XVI
adlı Respublika elmi konfrans keçirilir.

Konfransa aşağıdakı bölmələr və istiqamətlər üzrə məqalələr qəbul edilir:
Bölmələr:

  1. Sənətşünaslıq
  2. Musiqi sənəti
  3. Kino, televiziya və digər ekran sənətləri
  4. Teatr sənəti
  5. Təsviri sənət
  6. Sosial elmlər
    İstiqamətlər:
  7. Muzey, arxiv işi və abidələrin qorunması
  8. Mədəniyyət tarixi və nəzəriyyəsi
  9. Sosial iş
  10. Gənclərlə iş
  11. Sosiologiya
  12. Turizm.
  13. Kinoşünaslıq
  14. Təsviri incəsənət tarixi və nəzəriyyəsi
  15. Dekorativ tətbiqi sənət
  16. Musiqişünaslıq
  17. Teatrşünaslıq
  18. Rejissorluq
    Konfransın proqramına daxil ediləcək məruzələr 15 mart 2024-cü il tarixindən gec
    olmayaraq Azərbaycan və rus dillərində aşağıda göstərilən e-mail ünvanına
    göndərilməlidir: conference@admiu.edu.az
    Sizi konfransın iştirakçıları arasında görməyə ümid edirik!
    Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
    Məruzə mətninin tərtibi qaydaları:
    Məruzə mətni 5-6 səhifədən az olmamaq şərtilə A4 formatda, Times New
    Roman şrifti ilə, 14 ölçüdə, sətirlər arası məsafə 1,5 intervalla, sol boş sahə – 30
    mm, sağ – 10 mm, yuxarı və aşağı 20 mm (yuxarı və sonuncu sətrə qədər) olmaqla
    yazılmalıdır.
    Məqalənin strukturu:
  19. Məruzənin UOT indeksi
  20. Müəllifin adı, atasının adı, soyadı (qalın şriftlə), vəzifəsi, elmi adı və elmi
    dərəcəsi, fəxri adı (və ya doktorant və ya dissertant olduğu təşkilatın adı, təhsilin
    forması);
  21. Elektron poçt ünvanı, əlaqə nömrəsi
  22. Məruzənin adı (qalın şriftlə)
  23. Xülasə (150-250 işarə)
  24. Açar sözlər (3-5 söz birləşməsindən çox olmamaq şərtilə)
  25. Məruzənin mətni
  26. İstinad olunmuş ədəbiyyat siyahısı
  27. Digər iki dildə (rus və ingilis) məqalənin adı, müəllifin adı və soyadı
    göstərilməklə qısa xülasə və açar sözlər
  • Lazım gəldikdə jurnalın redaksiyası məqalənin nəşri üçün əlavə sənədlər
    tələb edə bilər.
    Konfransın keçirilmə tarixi: 19 aprel 2024-cü il.
    Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.
    Qeyd: Konfrans materialları toplu şəklində dərc olunub hər bir iştirakçıya təqdim
    ediləcək. Məqalənin bir səhifəsi — 7 AZN təşkil edir.
    Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
    Əlaqə nömrəsi: (012) 5990054 (130)