“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində QARABAĞIN DİRÇƏLİŞİ – EKO-LAYİHƏLƏR müsabiqəsi


Azərbaycan Universiteti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində QARABAĞIN DİRÇƏLİŞİ – EKO-LAYİHƏLƏR mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində
gənclərin aktiv iştirakının təmin edilməsidir. Bu müsabiqədə Azərbaycanın bütün
universitetlərini təmsil edən tələbə və magistrlərin yeni ekoloji, innovtiv ideyaları, “smart citysmart village” konsepsiyasının reallığa çevirməsi üçün təkliflərinin toplanması və eyni zamanda
gənc istedadların üzə çıxarilması və onların elmi tədqiqata cəlb olunması nəzərdə tutulur.
Müsabiqənin əsas istiqaməti ətraf mühitin yaxşılaşdırılmasına, sağlamlığa mənfi təsirinin
azaldılmasına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək ən yaxşı elmipraktik layihələrin müəyyənləşdirilməsidir.

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
 Alternativ və bərpa olunan enerji və onun saxlanması (külək, günəş-istilik, hidroenerji,
biokütlə, bioqaz, dəniz sistemləri, hidrogen və s.)
 Enerjiyə qənaət, idarəetmə və effektivlik (enerjinin idarə edilməsi, elektrik şəbəkələri,
enerji istehsal sistemləri, enerjiyə qənaət edən cihazlar, alternativ mühərriklər)
 Enerji menecmenti, nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri
(alternativ yanacaqlar, hibrid nəqliyyat vasitələri, alternativ nəqliyyat sistemləri,
alternativ mühərriklər)
 Enerji, elm, texnika və cəmiyyət (hüquqi çərçivələr və idarəedici orqanlar, maliyyə
sxemləri və proqramlar – beynəlxalq, regional və yerli, iqlim dəyişikliyi, meteorologiya,
eko turizm, ekologiya və inkişaf)
 Dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr.
 Arxitekror dizayner layihələri (smart city, ekoloji təmiz tikinti materialları, eko-dizayn,
innovativ tikinti texnologiyaları)
 Hərbi əməliyyatlar nəticəsində çirklənmiş ərazilərin təmizlənməsi və kənd təsərrüfatı üçün
yararlı hala salınması.

Müsabiqə iki mərhələdə keçiriləcəkdir.
I Mərhələ (qiyabi) 3 may 2024 – 15 may 2024
II Mərhələ (əyani) 17 may 2024 – 30 May 2024
I mərhələdə ən yaxşı elmi işlər II mərhələdə iştirak etmək üçün seçilir. I mərhələnin nəticələri
müsabiqənin saytında yerləşdiriləcəkdir.
II mərhələyə keçən iştirakçılar öz layihələrini komissiya qarşısında təqdim edəcəklər. Hər bir
iştirakçıya 20 dəqiqə vaxt verilir. Təqdimatların hazırlanması, onun auditoriyaya çatdırılması
səviyyəsi də qiymətləndiriləcəkdir.

Daxil olan işlərin komissiya tərəfindən qiymətləndirilməsi kriteriyaları:
 İşin aktuallığı və yeniliyi;
 Tədqiqata yanaşmanın orijinallığı;
 Aparılan tədqiqatın dərinliyi və innovativliyi;
 Alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması;
 Görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti;
 Təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi.

Bütün iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Yekun seçim qərarı və qaliblərin təltif olunması 14 iyun 2024-cü il tarixində Azərbaycan
Universitetində keçiriləcəkdir.
Qaliblərə I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcəkdir.
I Yer – 1000 manat
II Yer – 800 manat
III Yer – 600 manat

Bundan əlavə bəzi əlavə nominasiyalar üzrə də mükafatlandırma nəzərdə tutulur (ən maraqlı
təqdimat, ən innovativ layihə).
İşin hazırlanması və strukturu

Müsabiqəyə təqdim olunacaq iş Azərbaycan dilində (müstəsna hallarda rus dilində) olmalıdır,
titul vərəqi, mündəricat, giriş, əsas hissə, nəticələr və istifadə olunmuş ədəbiyyat siyahısından
ibarət olmalıdır. İşin həcmi A4 formatında 12 səhifədən 30 səhifəyə qədər ola bilər. Titul
vərəqində iştirakçının adı, soyadı, atasının adı, təhsil müəssisəsi, seçilmiş istiqamət, işin adı,
rəhbər haqqında məlumat (adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı) yazılmalıdır.
Mündəricat səhifələr qeyd edilməklə əsas bölmələri və başlıqları əks etdirməlidir. Giriş
hissəsində seçilmiş mövzunun aktuallığı, məqsədi əsaslandırılmalı, obyekti formalaşdırımalı və
tədqiqat metodu göstərilməlidir. Əsas hissə seçilmiş istiqaməti və işin mövzusunu tam açmalı,
eləcə də alınmış nəticələri əks etditməlidir. Nəticə hissəsində müəllifin apardığı tədqiqat
nəticəsində əsas aldığı nəticələr və tövsiyyələr yer almalıdır.

Misrosoft Word proqramı
 Soldan 3 sm, sağdan, yuxarıdan, aşağıdan 2 sm
 Şrift Times New Roman -14
 Sətirlərarası interval -1,5

Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2024-cü il tarixinə qədər öz işlərini doldurulmuş
ƏRİZƏ FORMASI ilə birlikdə elm@au.edu.az ünvanına göndərə bilərlər.
Müsabiqə ilə bağlı bütün suallarla Azərbaycan Universitetinin Elm Şöbəsinə müraciət edə
bilərsiniz.

Ünvan:
Bakı şəhəri, Nəsimi rayonu
Ceyhun Hacıbəyli, 71
Azərbaycan Universiteti
Elm şöbəsi
Tel: (+994 12) 431 41 12 (daxili 160), (+994) 55 203 82 88
https://au.edu.az/az/research/musabiqe_ekolahiye_2024