Veb-bilik verilənlər bazası elmi biliklərin təbliği üçün mükəmməl vasitədir

Web of Knowledge – patentlərin və elmi jurnallarda nəşrlərin referat məlumat bazaları, həmçinin nəşrlərin qarşılıqlı istinadını nəzərə alan bazaları birləşdirən, Thomson Reuters şirkəti tərəfindən işlənib hazırlanan axtarış platformasıdı.Bu axtarış platforması təbiət, texniki, bioloji, ictimai, humanitar elmlər və incəsənət üzrə materialları əhatə edir, axtarış, analiz və biblioqrafik informasiya idarə etmə kimi daxili imkanlara malikdir. Sözügedən platformada, həmçinin istinad indeksinin reyestri yaradılmışdır.

Web of Knowledge daha çox tibb, biologiya, psixologiya, iqtisadiyyat, fizika, astronomiya, daha az isə riyaziyyat və kompüter elmləri üzrə işləri təqdim edir. Web of Knowledge-in məlumat bazası 23 min elmi jurnal (Web of ScienceSM-in 11 mindən çox unikal başlığını daxil edərək), 23 milyon patent, 110 min elmi konfrans materialları, 250-dən çox məhsulların kateqoriyası, son 100 il ərzində arxivlər və 40 milyondan çox mənbə və 700 milyon istinadı təqdim edir.

Bu axtarış platformasında yeni məlumat bazaları, daim indeksləşdirilən məlumatlar, dünyanın aparıcı referat bazaları, dəqiq və tam axtarış daxil olmaqla bütün kontent üzrə quraşdırılmış kompleks axtarış mövcuddur.Bəzi MDB-yə üzv dövlətlər sadalanan məlumat bazaları ilə işləyirlər. Xüsusilə, Qazaxıstan Respublikasında “Milli Elmi-Texniki İnformasiya Mərkəzi” Thomson Reuters-lə milli lisenziya razılaşması əldə edib.

Bu beynəlxalq informasiya agentliyinin resursları elm və texnika, təhsil, səhiyyə, incəsənət və mədəniyyətin müxtəlif sferalarında Qazaxstan alimləri üçün informasiya təqdim etməyə imkan yaradır.Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi və Milli Elmi-Texniki İnformasiya Mərkəzi Thomson Reuters-in unikal resurslarına giriş əldə etməklə qazaxstan elminin inkişafında yeni impulsun əldə olunmasına, onun dünya elmi cəmiyyətinə inteqrasiyasna, elmin yeni müasir səviyyəyə çatmasına ümid edirlər.

Qazaxstan nəşrlərinin ümumdünya axınında payı cüzidir və 0,02 %-i ötmür və dünya reytinq jurnallarının siyahısına yalnız bir qazaxstan jurnalı (SCOPUS məlumat bazasının məlumatlarına əsasən Avrasiya kimya-texnoloji jurnalı) daxil olur.Qazaxstanın elmi-tədqiqat institutları və ali məktəblərinin əksəriyyəti yüksəkreytinqli xarici jurnallara abunə deyillər, bu isə beynəlxalq nəşrlərin az olmasının səbəblərindən biridir.2010-cu ildən başlayaraq Thomson Reuters nümayəndəsi tərəfindən Qazaxıstan Respublikasında tanışlıq və öyrədici təlimləri, “Elmi-texniki informasiyanın xarici resurslarına giriş məsələlərinin müzakirəsi»-nə həsr edilmiş nümayəndələrin də iştirak etdikləri bir sıra seminarlar keçirilmişdir.

2.06.2013, 15:08

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *