XIII Beynəlxalq Elmi Araşdırmalar konfransı

Elmi sahələr: Humanitar və ictimai elmlər;Təbiət elmləri; Dəqiq elmlər; Texnika elmləri

Konfransın işçi dilləri: Azərbaycan və ingilis

Tezislərin qəbulunun son tarixi: 06.05.2023

Konfransın keçiriləcəyi tarix:     08.05.2023
XIII Beynəlxalq Elmi Araşdırmalar Konfransına tezis qəbulu 06.05.2023-cü ilədək davam edəcək.

Konfrans ödənişlidir.

 Konfrans materialları toplusuna DOI təyin olunur     DOI: 10.36719


Konfrans materialları “AZƏRBAYCAN ELM MƏRKƏZİ”nin https://aem.az saytında  və
“CROSSREF” təşkilatının 
https://search.crossref.org/
 bazasında yayımlanır.

Müəlliflərə “CROSSREF” təşkilatı tərəfindən BEYNƏLXALQ SERTİFİKAT verilir.
Konfrans materialları Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilir

Konfrans materialının yazı qaydaları

  • Tezislər A4 formatda, 14 ölçüdə, 1,5 sətirarası intervalla Times New Roman şriftində yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
  • Tezislərdə müəllifin adı və soyadı, məs.: Əli Vəliyev, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl, sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
  • Açar sözlər 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Tezislərin sonunda mənbələrin istinad ardıcıllığı ilə (əgər istinad varsa) Ədəbiyyat siyahısı verilməlidir.
  • İstinadlar mətnin daxilində bu qaydada verilməlidir: (Axundov, 2005: 201)
  • Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.

E-poçtbeyn.konfrans@aem.az

Ünvan: Bakı ş., Mətbuat pr., 529,

«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə.

https://aem.az

Tel: +994 50 209 59 68      +994 55 209 59 68      +994 99 809 67 68      +994 12 510 63 99