Gənc İqlim Elçiləri BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartla görüşüb

Azərbaycanda yerli və qlobal səviyyələrdə iqlim dəyişikiyi ilə mübarizə fəaliyyətlərində iştirak edən Gənc İqlim Elçiləri BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartla görüşüb.

Görüşdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva və COP29 Gənc İqlim Çempionu Leyla Həsənova da iştirak edib. Gənclər bu sahədə fəaliyyətləri və milli səviyyədə həyata keçiriləcək “Regional İqlim Həftələri”nin planı barədə məlumat veriblər.