Şamaxı mənim gözəl Vətənim!

Ayan Quliyeva,

Bakı ş.T.İsmayılov adına 6 №li məktəb-liseyin 10-cu sinif şagirdi

Şamaxı qədim Şirvanşahlar dövlətinin paytaxtı olub. Hal-hazırda Azərbaycanın inkişafda olan şəhərlərdən biridir. Şamaxı dahi Nəsiminin, Xəqaninin, Sabirin, Abbas Səhətin, M. Hadinin vətənidir. Bu diyar saysız hesabsız alimlərin, musiqiçilərin və incəsənət xadimlərinin vətənidir.

Şamaxının təbiəti insanı valeh edir. İlin hər bir fəsili burada gözəldir. Təmiz hava, soyuq bulağın bum-buz suyu, çiçəklərin ətri buranın təbiətini dahada gözəlləşdirir.

Şamaxı Pirqulu meşələri ilə məhşurdur. Burada nadir ağaclar, vəhşi heyvanlar çoxdur. Pirquluda dünyanın məhşur rəsədxanalarından biri yerləşir.

Şamaxıda üzümçülük önəmli yer tutur. Burada mədrəsə, mərəndi, ağa dayı, kişmişi və s. sortda üzüm yetişdirilir. Mədrəsə sortundan qırmızı şərab düzəldilir. Bu şərab dünyada çox tanınır.

2023 ildə Şamaxıda daha bir yenilik oldu. Burada hava şarları səmaya buraxıldı. Bunu ölkənin çox yerlərindən izləməyə gələn turistlər var idi. Ümumiyyətlə Şamaxıda turizmin inkişafı üçün çox işlər görülür.

Şamaxıda Qafqazın böyük və gözəl məsçidlərindən biri Cümə məsçidi yerləşir. Turistlər bura ziyarətə çox gəlir.

Hər il Şamaxıda üzüm festivalı keçirilir. Buda öz növbəsində həm yerli əhaliyə, həm də qonaqlar üçün çox gözəl əhval- ruhiyyə yaradır.

Sonda dahi şair Abbas Səhətin şeirindən bir parça ilə bitirmək istəyirəm:

Vətən – əcdadımızın mədfənidir,

Vətən – övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz!