“Ağdam-ruhlar şəhəri”

Nilüfər Əbdürrəhimova Elxan qızı

Bakı şəhəri, Səbail rayonu, T.İsmayılov adına 6 saylı məktəb-liseyin 8a sinif şagirdi

Mən bu yazını çox böyük qürur, iftixar hissi ilə, eyni zamanda ürək ağrısı ilə yazıram. Çünki, üzünü heç vaxt görmədiyim, torpağına qədəm basmadığım Ağdam şəhəri haqda yalnız öz ailə üzvlərimdən, yaxınlarımdan və doğmalarımdan eşitmişdim. Həyatı dərk etməyə başlayandan evdə, televiziyalarda gedən ayrı-ayrı verlişlərdən, sosial platformada gedən yazılardan başa düşürdüm ki, Ağdam şəhəri necə gözəl bir diyar, öz təbiəti, havası, suyu, insanlarının mərdliyi, qonaqpərvərlikliyi ilə Qarabağımızın səfali bir güşəsi olmuşdur. Son vaxtlar isə mənə xoş təəssürat bağışlayan bir məqam daha çox ürəyimcə olmuşdur. Ağdamlı jurnalist-publisist Vahid Qazi öz “Ruhlar şəhəri” əsərində göstərir ki, “Bir vaxtlar keçmiş SSRİ-nin paytaxtında yaşayan moskvalılar haqqında deyirdilər ki, moskvalı olmaq-vəzifədir. Məncə, Qarabağda da ağdamlı olmaq vəzifə kimi bir şey idi və o torpaqların işğal olunmasıyla bütün qarabağlılar əgər öz doğma yurd-yuvalarını itirdilərsə, ağdamlılar isə sanki təkcə öz yerini-yurdunu yox, həm də ən böyük “vəzifələrini” yəni ağdamlı olmaq “vəzifələrini” itirdilər.

Mən öz yazıma heç də təsadüfən “Ruhlar şəhəri” kitabından başlamadım. Çünki, bu yazını yazmaq üçün qeyd etdiyim kimi çoxlu yazılar, məqalələr, köhnədən Ağdam şəhəri haqda eşitdiyim hadisələr, söhbətlərdən ilham alaraq başlasamda, Vahid Qazinin “Ruhlar şəhəri” əsəri tamamilə başqa ruh  verdi ki, Ağdam haqda bu yazını yazım. Təbii ki, on üç yaşlı yeniyetmə uşağın marağı, hissləriylə yazılan bu yazı özü bir tarixə səyahətdir. Və indi isə bu əfsanəvi şəhərə səyahətə çıxıram.

Britaniyali jurnalist Tomas de Val “Qara bağ” adlı kitabında yazır: “Parlaq bir yaz günü idi, buradan hətta yüz kilometr Şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə gözlərim aşağıdaki kiçik Xirosimadan ayrıla bilmirdi. 1993-cü ildə ermənilər Ağdamı ələ keçirəndən sonra küçələri, evləri bir-bir talayıb daşıdılar. Dağıdılmış evləri köl-köslar basıb. Viran qalmış evlərə məscidin minarəsindən baxıb bir daha apokalipsisin səbəbləri haqqında düşündüm.»

Böyük, doğma Vətənimizn bir hissəsi, küncü olan Ağdamımın bu cür hala salınması , məkrli düşmənin illərlə ağdamlılara qarşı onların mərd, qeyrətli oğullarının igidliyinin heyfini çıxmaqdan irəli gəlmiş, hər zaman ağdamlıları gözləri götürməmişdir. Bir vaxtlar gözəl, böyük. əsrarəngiz təbiətə malik olmuş olan Ağdam, indi qorxunc bir mənzərəyə sahibdir. Doğrudan da britaniyalı jurnalist Tomas de Valın təbirincə desək “balaca Xirosimadır”. Məkrli qonşularımızın ruhlar şəhərinə çevirdiyi qədim yurd yerimiz əsl sahibinə qayıtmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab Ilham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində, mərd, vətənpərvər hərbiçilərimizin qəhrəmanlığı, igidliyi ilə Azərbaycan xalqının bəlasına çevrilmiş Qarabağ dərdi sona çatdı. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin. 20.11.2020-ci il tarixdə Qarabağ üzrə bağlanılmış məlum üçtərəfli bəyanata uyğun olaraq Ağdam şəhəri heç bir qüllə atılmadan , öz sahiblərinə geri qaytarıldı. Yenə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab Ilham Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımız qəhrəman xalqa çevrilmişdir. Allah Tə Ala Prezidentimizi qorusun, Amin!

Bu gün Ağdam şəhərində tikinti, quruculuq işləri sürətlə gedir, xarabalıq üzərində yeni möhtəşəm Ağdam qurulur. Ağdam bu gün yenidən dirçəlir. Torpaqlarımızın azad olunması ilə bağlı yaşanan sevinc hissi möhtəşəmdir. Lakin Şuşa şəhəri azad olunanda biz bu sevincin daha böyüyünü yaşadıq. Əziz şəhidlərimizin də ruhu şaddır.

Azərbaycanımızın üçrəngli bayrağı bütün ölkəmizin ərazisində dalğalanır. Hələ bundan sonra da ölkəmiz daha uğurla inkişaf edəcəkdir. Biz gənclər də böyük qürur, iftixar hissi keçiririk ki, tam suveren, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Allah dövlətimizi, prezidentimizi, xalqımızı qorusun!

          25.12.23-cü il