E.Sərdarov. Bəbirlə fəlsəfəyə doğru

Əgər sağlam olsa o hava əlbət,

Dəydiyi o şeyə verməz xəsarət.

Yox, əgər olarsa havada zəhər,

Dəydiyi o şeyi yəqin məhv edər.

 

(Nizami Gəncəvi)

Dahi Nizaminin sözlərindən də aydın olur ki sağlam iqlim sağlam təbıət, sağlam insan deməkdir. Havanın, iqlimin insana davamlı və faydalı xidmət etməsi üçün insanlar atmosferi çirklənmədən qorumalıdırlar, ekoloji sistemin harmonik və davamlı inkişafına təkan verməlidirlər.  Texniki elmlər doktoru, professor Fəqan Əliyevin fikrincə, atmosferin zəhərli qazlarla çirklənməsinin güclənməsi parnik effektinin yaranmasına, Yer kürəsində antropogen mənşəli qlobal iqlim dəyişmələrinə səbəb olur.

Hazırda təbii fəlakətlərin planetimizin ayrı-ayrı ölkələrində baş verməsi, yayılması, inkişaf  dinamikası və fəsadları dərindən öyrənilməklə müəyyən proqnozlar çıxarılır.  Onlar BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların həmişə diqqət mərkəzində saxlanılır. Alimlər hesab edir ki, atmosferin belə çirklənməsi davam edərsə, təxminən 100 ilə Dünya okeanının səviyyəsi qalxa bilər.  Hazırda Dünya okeanın səviyyəsi 15-20 sm. qalxır, buzlaqların ərazisi azalır, səhralar artır və s, Bunlar isə ərzaq qıtlığına səbəb olduğundan əhalinin miqrasiyasını, xəstəliklərin baş verməsini, heyvan və bitki aləminin məhv olma təhlükəsini yaradır.

Professor F.Əliyevin fikrincə, bunlar XXI əsrdə iqlim dəyişməsinə nəzarət, habelə iqlimin vəziyyətini proqnozlaşdırmaq məqsədlərini qarşıya qoyur. Bunun üçün BMT-də iqlim dəyişmələri üzrə Konvensiya yaradılmış və Azərbaycan da bu Konvensiyanın üzvü olmuşdur. Elmi texniki tərəqqi və əhali artımı, Yer kürəsinin təbii sərvətlərinin səmərəli istifadəsini və çirklənmədən qorunmasını tələb edir. 

Bu sahədə Respublikanın Ekologiya Təbii Sərvətlər Nazirliyi ekoloji vəziyyətin yaxşılaşdırılması ilı bağlı komleks tədbirlər planına uyğun olaraq ətraf mühitin mühafizəsi sahəsində tədbirlər görür, milli parklarda, qoruqlarda, yasaqlarda ekoloji mühafizə və davamlı inkişafla bağlı işlər görür, yerli əhalini maarifləndirir.

Azərbaycan ətraf mühit sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Atmosferin qorunması, səhralaşmaya qarşı mübarizə, torpaq ehtiyatının dayanaqlı inkişafı, bioloji müxtəlifliyinin qorunması, bərk tullantıların idarə olunması,  radioaktiv tullantıların idarə olunması kimi  qlobal problemlər ölkəmizdə də müzakirə edilir və bu sahədə yeni təşşübüslər irəli sürülür, layihələr icra olunur.

Bioloji müxtəlifliyin qorunması, icmaların ekoloji mühafizə və davamlı inkişaf layihələrinə cəlb olunmaqda və ən əsası ixtisaslaşdırılmış ekoloji jurnalistlərin vasitəsi ilə əhalinin ekoloji maarifləndirilməsində WWF – Vəhşi Təbiətin mühafizəsi təşkilatının Qafqaz və Azərbaycan ofislərinin rolunu qeyd etmək оlar.  

Belə ki, WWF — nin təşəbbüsü və təşkilatçılığı ilə Zaqatala, Apşeron, Hirkan Milli parklara, həmçinin İsmayilliya, Balakənə meşələrin bərpası və icma layihələri ilə bağlı jurnalistlər üçün media turlar təşkil edilmişdir, qırmızı kitaba düşmüş — nərə kimilərin və bəbirlərin qorunması ilə bağlı informasiya xarakterli tədbirlər keçirilmişdir.

Bu ilin may ayında WWF — Azərbaycan Avropa Ittifaqının dəstəyi ilə “Cənubi Qavqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində jurnalistlər uçun növbəti çox maraqlı və faydalı bir media tur təşkil etdi. Bu media tur meşə ekosistemlərinin bərpası ilə bağlı WWF-in Ağsuda və Yevlaxda gördüyü işlərlə bağlı idi.    

Meşəliklər Böyük və Kiçik Qafqaz, Talış dağlarında yayılmaqda ölkə ərazisinin 11,8%-ni  təşkil edir, Kür və Araz çayları  boyunca isə  — tuqay meşəlikləri yerləşir. Meşəliklərin 40%-ni Böyük , 3,5% -dən çoxu Kişik Qafqaz ,25% -i Lənkəran zonasında yerləşir. Meşələrin yuxarı sərhəddi 1800-2000 m-ə qədər yüksəlir, meşəliklərdə 400-ə qədər ağac  və kol  növləri mövcuddur. Meşə dendroflorasının 32% -ni fıstıq, 26%-ni vələs, 24% palıd cinslərinə məxsus olan ağaclar təşkil edir. Naxçıvan MR-də meşəliklər 2600 m yüksəkliyə malik dağlıq zonada yayılmaqla 2500 ha ərazini  əhatə edir. Burada Şərq palıdı, çoxmeyvəlli ardıc, gürcü ağcaqayını  və hündür göyrüş  daha üstünlük təşkil edir.

WWF-in Azərbaycan üzrə layihə Koordinatoru Elşad Əsgərovun məlumatına görə hazırda təşkilat Avropa Ittifaqının dəstəyi ilə “Cənubi Qavqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsini həyata keçirir. WWF bu layihədən əvvəl meşə ekosistemlərinin bərpası ilə bağlı layihəni icra etmişdir. Monokultura növləri iqlim dəyişmələrə dözmürlər. Bu növlərin arasında xəstəliklər peydə olunur. Onların özlərinin təbii bərpası yoxdur. Bəzi yerlərdə ağaclar yaxşı mühafizə olur, bəzilərdə müxtəlif səbəblərdən, o cümlədən iqlim dəyişmələrə görə, mal qaranın meşə ərazilərinə vurduğu ziyana görə, insanların meşələrə laqiyedsiz münasibətinə görə şam meşələri məhf olur. Ona gərə şam meşələrini təbii hala salmaq lazımdır. Çoxlu ağac növləri olanda onların hansısa yeni iqlimə uyğun olur. Bir dənə şam növü olanda iqlim dəyişəndə hamısı məhf olur. Nə qədər müxtəliflik olsa meşə ekosistemi o qədər dözümlü olur. Burda məqsəd sovet vaxtında salınmış monokultura meşələrinin təbii hala gətirilməsidir. Biz layihəmiz çərçivəsində Ağsuda 64 qa və Yevlaxda 64 qa müxtəlif yerli növ ağacların əkilməsi və əvəzolunması işini görürük, müəyyən olunmuş ərazilərin mühafizə çəpərlərinin quraşdırılmasını təmin edirik.

Layihənin ümumi məqsədi Cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirlərinə qarşı dözümlüyünü artırmaq, biomüxtəlifliyi və yerli əhalinin yaşayışını zənginləşdirməkdir.

Əsas məqsəd kənd əhalisinin yaşayış tərzinə dəstək verən biomüxtəliflik və meşə ekosistemləri xidmətlərinə iqlim dəyişmələrinin yarada biləcəyi təhlükələri qabaqlamaqdır. Bu xidmətlərə torpaqların mühafizəsi, su təchizatı meşə və qeyri oduncaq məhsulları daxildir.

Məqsədə nail olunmasının səviyyəsini yoxlamaq üçün aşağıdakı indikatordan istifadə olunmağı planlaşdırılır. 2015-ci ilə kimi müvafiq milli qurumların meşələri və meşənin ekosistem xidmətlərini iqlim dəyişmələrinə qarşı dözümlü edən qanunvericiliklərin qəbul edilməsi və onları icra etməyə başlanılması gözlənilir.

Layihənin xüsusi məqsədi ümumi məqsəddən irəli gəlir və süni salınmış monokultura əkinlərini iqlim dəyişmələrinə qarşı dözümlü olan “təbii hala yaxın” meşələrə transformasiya etməyi nəzərdə tutur.

Layihənin gözlənilən nəticələri aşağıdakılardır:  Cənubi qafqazın bölgələrində iqlim dəyişmələrinə həssas olan seçilmiş süni meşə əkinləri “təbii hala yaxın” dözümlü meşələrə çevrilməsi; monukultura əkinləri daha dözümlü meşələrə transformasiya etmək üçün silvikultura təlimat kitabların hazırlanması, milli dillərə tərcümə olunması və müvafiq mütəxəssislər və işçilərə təqdim olunmasıdır; yerli meşə administrasiyası ekspertlərinin monokultura əkinləri daha dözümlü, stabil, əraziyə uyğun meşələrə transformasiya etmək bacarıqlarının artırılmasıdır; yerli icmaların iqlim dəyişmələrinin biotik və abiotik neqativ təsirləri baxımından meşələrin bərpasının vacibliyinə dair biliklərin və məlumatlılığın artırılmasıdır.

Layihə ərazilərindəki meşə administrasiyası, icma üzvləri, yerli GHT-ləri və özünü idarəetmə orqanları əhatə edir. Layihənin tədbirləri dörd işçi paketə bölünür. Tədqiqat və nümayiş paketi meşə transformasiyası üçün pilot silvikultura tədbirləri hazırlayacaq və hədəf ölkələri praktiki təcrübəyə təmin edəcəkdir. Meşə administrasiyaları üçün Yayım paketi meşə transformasiyası tədbirlərinə dair informasiya və materialları özündə cəmləşdirir. Potensialın inkişafı paketi meşə administrasiyası işçilərinə meşə transformasiyası strategiyaları hazırlamaq və icra etmək üçün təlimləri nəzərdə tutur. Məlumatlardırma paketi pilot ərazilərdə yerli icmaları, GHT-ləri və s. məlumatlandırmağı nəzərdə tutur.

Media tur zamanı jurnalistlər Ağsuda olarkən Qobustan, Şamahı və Ağsu rayonları üzrə meşə təsərrüfatının müdiri Eçin Salaxovla görüşdülər və meşənin Layihəyə aid hissəsinə baxdılar. E.Salaxovun məlumatına görə burada yerli növ ağaclar əkilir, müəyyən olunmuş ərazi tikan məftillə hasara alınıb.

Yevlaxda jurnalistlər Yevlaxın keçmiş, hazırda Oquz rayonunun meşə təsərrüfatının direktoru Səttar Səttarovla görüşdülər və meşənin layihəyə aid hissəsinə baxdılar. Burada palıd, idə  ağacları əkilib, müəyyən olmuş ərazi mühafizə məqsədilə hasara alınıb.

Ağsuda və Yevlaxda olan meşə massivlərin bir qisminin süni yaradılma səbəbləri var, 70 illərdə meşə təsərrüfatının işçiləri tərəfindən əkiliblər. Onlar çox böyük diqqət tələb edir. Ona görə ki təbii bərpa bu meşələrdə baş tutmadı və onlar hissə hissə məhf olurlar. Layihə çərçivəsində görülən işlər ağacları mal qaradan, qanunsus ağacların qırılmasından və iqlim dəyişmələrin fəsadlarından qismən də olsa xilas edəcək və bu meşələri bərpa edəcək.

Media turda El TV-nin və “Kür” qəzetinin regional jurnalistləri iştirak etmişdirlər. Onlarla regional səviyyədə ekoloji problemlərin və təşəbbüslərin KİV-də işıqlandırılması və bölgələrdə ətraf mühitin qorunması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Səfər zamanı jurnalistlər yol boyu gözəl Azərbaycanın meşələri haqqında WWF-nin mütəxəssisləri Elşad Əsgərov və Sevinc Saruxanovadan maraqlı məlumatlar alırdılar, Tuqay meşələrini gördülər, Yevlaxda Kür çayın qırağında salınmış yeni parkla tanış oldular, Oquz rayonun Xaçmaz kışlaq kəndinin icma nümayyəndələrinin, ziyalı müəllim ailəsinin qonağı oldular, orada dağ səmimiyyətini və doğma münasibət gördülər,  İsmayıllının qədim Lahıc kəndində dağ təbiəti və qorunub saxlanılmış tədbiqi el sənətlərilə tanış oldular.

 WWF — Azərbaycanın layihəsi davam edir. Layihənin uğurları, monitorinqlərin nəticələri haqqında növbəti media turlar zamanı yeni materiallar hazırlanacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *