MILLI AZLIQLARIN DİLLƏRİ ÜZRƏ DƏRSLİKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ EKSPERT XİDMƏTLƏRİ

ELAN

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, texniki tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

 Tələb olunan xidmətlər: Ümumi təhsilin bütün təhsil səviyyələrində aşağıda göstərilmiş milli azlıqların dilləri üzrə dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri:

•         Saxur dili

•         Avar dili

•         Ləzgi dili

•         Talış dili

 

•         Kürd dili

•         Xınalıq dili

•         Tat dili

•         Udi dili

 

Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi

 Xidmətin icra müddəti: 31.12.2017-ci ilədək.

 Namizədlərə verilən tələblər:

  1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.
  2. Təcrübəsi: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ən azı 5 illik elmi-pedaqoji təcrübəyə malik olmalıdır.
  3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

 Müraciət forması: Müraciət edən şəxslər müraciət etdikləri xidmət istiqamətini göstərmək şərti ilə bildirişə əlavə olunmuş formatda öz avtobioqrafiyasını (CV) 30.10.2016-cı il tarixədək derslik@edu.gov.az elektron poçtuna göndərə bilərlər.

 Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə ən yüksək səviyyədə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi istiqamət üzrə ən azı bir dərsliyi qiymətləndirmək xahiş ediləcəkdir. Təqdim edilən qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcək.

 Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan əldə etmək olar:

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Əlaqələndirici şəxs: Zülfiyyə Hüseynova

Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5264)

E-poçt: derslik@edu.gov.az

Avtobioqrafiya (CV) formatı

Müraciət edilmiş xidmətin təsviri:________________________________________________

Müraciət edənin:

  1. Soyadı, adı, atasının adı: ______________________________________________________
  2. Doğum tarixi:_________________________________________________________________
  3. Ünvanı:_______________________________________________________________________
  4. Əlaqə telefonu:_________________Elektron poçt ünvanı:_______________________________
  5. Təhsili: [Təhsil aldığı müəssisələrin adları, təhsil müddəti və ixtisas dərəcələri göstərilməklə, təhsili barədə tam məlumat]:_______________________________________________________________
  6. Peşəkar cəmiyyətlərdə üzvlüyü: _________________________________________________
  7. Aldığı təlimlər: [5-ci bənddə qeyd olunmayan və tapşırığın yerinə yetirilməsi üçün uyğun bilinən əhəmiyyətli təlimlər]: ______________________________________________________________
  8. Bildiyi dillər: [Hər bir dildə danışıq, oxu və yazı üzrə bilik səviyyəsi: əla, yaxşı, kafi və ya qeyri-kafi.] ____________________________________________________________________
  9. İş yerləri: [Hazırkı iş yerindən başlayaraq, əks ardıcıllıqla bütün daimi iş yerləri: tarixlər, işəgötürənlərin adları, vəzifələrin adları göstərilməklə.]

[İl]-dən: ______ [İL]-ədək:  ______

İşəgötürən:  __________________

Vəzifə: ____________________

  1. Aldığı tapşırıqların öhdəsindən gəlmək qabiliyyətini ən dəqiq şəkildə göstərən yerinə yetirilmiş layihələr:
Layihənin adı və təsviri Sifarişçi Tarixi və yeri Layihədə vəzifəsi Yerinə yetirdiyi tapşırıqlar
1.          
2.          

 

____________Tarix:                                                                              ________________İmza