Qərb Universitetində İctimaiyyətlə əlaqələr (PR) sahəsində master klass dərsləri keçirilib. Bu səfər öz növbəti master klassı universitet əməkdaşlarına ictimaiyyətlə əlaqələr sahəsində sertifikatlaşdırılmış PR təlimçi — ekspert Elçin Sərdarov təqdim etdi  

Эльнара Фархадова

GreenPen.az

Aprelin 16-da Qərb Universitetində PR sahəsində universitetin rəhbər-müəllim heyyəti və kommunikasiya işləri ilə məşğul olan əməkdaşlar üçün İctimaiyyətlə əlaqələr (PR) sahəsində təcrübəli jurnalist, təlimçi və məsləhətçi, universitetin siyasi idarəetmə və PR texnologiyalar üzrə müəllimi Elçin Sərdarovun iştirakı ilə master klass dərsləri keçirildi.

Təlim zamanı təlimçi iştirakçılara AZƏRTAC-da işlədiyi dövrdə əldə etdiyi xəbər jurnalistikası sahəsində təcrübəsindən, İSAR Sosial təşəbbüslər və yeniləşmə Mərkəzində, Dünya Bankının təhsil layihələrində PR menecer fəaliyyətindən danışdı, peşəkarlığın inkişafı sahəsində Yekaterinburq Avrasiya Media Mərkəzinin və İngiltərə Sertifikatlaşdırılmış İctimaiyyətlə Əlaqələr İnstitutu (CİPR) təlimlərində öyrəndiyi maraqlı bilgilərlə bölüşdü, “Yaxşı PR (interaktiv PR) haqqında bilgilər və müasir alətlər”, “Daha yaxşı imic üçün təxirəsalınmaz 10 yol “,  “İmicin inkişafı — Strateji PR-ın vacib hissəsi kimi”, “Daxili PR — əməkdaşların təşkilatın işlərinə və PR məqsədlərinə maraqların artırılmasında ünsiyyətin rolu və alətləri “, “PR, Yeni çağırışlar və DİY” haqqında məlumatlandırdı və sualları cavablandırdı. Təlim zamanı reputasiyanın hakimiyyətin təməl daşı olduğu, reputasiya xüsusi diqqətlə toplanmalı, qorunub saxlanmalı olan xəzinədir, universitetlərin reputasiyası və pozitiv imici ilə bağlı fikirlər səsləndirilmişdir.  

Maraqla qarşılanan təqdimat zamanı təlim iştirakçıları Qərb Universitetinin tədris proqramları və müəllim-tələbə heyyətinin keçirdiyi elmi konfranslar haqqında ictimaiyyətin məlumatlı olduqları haqqında, təşkilatların, o cümlədən ali təhsil müəssisələrinin imiclərinin və reputasiyasının qorunmasının vacibliyindən, bu işdə kommunikasiyanın və əməkdaşların etik davranışlarının rolunun önəmliyindən, müasir dövrdə sosial şəbəkələrin artan rolundan, jurnalist məsuliyyətindən və televiziyada təhsil, elmi-populyar verlişlərə çox ehtiyac olduğundan, yeni yaranmış Təhsil TV haqqında, onun İTV-də və digər kanallarda geniş yayımlanmasının vacibliyindən danışılmışdır. 

You can leave a response, or trackback from your own site.

Leave a Reply