WWF, KfW, IDEA və Azərbaycan Hökuməti təbiətə kapital investisiyalarının əsaslandırılması istiqamətində birgə çalışacaqdır  

Bügün Dünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), KfW İnkişaf Bankı, IDEA İctimai Birliyivə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə tərəfdaşlıq proqramı çərçivəsində Asiya İnkişaf Bankının (AİB) illik toplantısı Heydər Əliyev Konqres Mərkəzində keçirilir. Bu haqqda GreenPen.az- WWF Azərbaycan-da məlumat verdilər.

Cənubi Qafqazda təbiətin mühafizəsinin davamlı maliyyələşdirilməsi və bunun iqtisadi faydaları adlı tədbir Cənubi Qafqazda təbiət kapitalına qoyulan investisiyaların iqtisadi və sosial faydalarını əsaslandırmağa çalışan ekspertlər qrupu tədbirdə iştirak edirlər.  Bu ekspertlər təbiəti mühafizəsi üçün innovativ maliyyələşdirmə həllərində qabaqcıl təcrübələri bölüşəcək, eləcə də bu təcrübələrin iqtisadi inkişafa necə töhfə verə biləcəyi mövzusunda müzakirələr aparacaqdır. Bu paneldə aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır:

  • Dayanıqlı infrastruktur (su elektrik stansiyaları və xətti qurğular)
  • “Yaşıl inkişaf”, başqa sözlə dayanıqlı turizm vasitəsilə yeni iş yerlərinin yaradılması
  • Təbiətin mühafizəsinə özəl sektor investisiyalarının cəlb olunması
  • İqlim dəyişikliyinin təsirlərinin yumşaldılması
  • Planlaşdırma çərçivəsində ekosistem xidmətlərinin yenidən qiymətləndirilməsi

Panel iştirakçıları arasında IDEA-nın aparıcı mütəxəssisi Fərid Cəfərov, WWF Qafqaz Ofisinin direktoru Giorgi Sanadiradze, Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Bərpası Sektorunun baş məsləhətçisi  Arzu Səmədova, KfW Qafqaz Ofisinin təmsilçisi Lars Oermann və Asiya İnkişaf Bankının mütəxəssisi Mario Sander kimi ekspertlər var.

Dialoq Asiya İnkişaf Bankının Regional və Dayanıqlı İnkişaf Departamentinin direktor müavini cənab Nessim Ahmadin moderatorluğu aparılır.

Bu tədbir Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində “Tərəfdaşlarla öyrənmə 1” sessiyasının bir hissəsidir.

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *