Professor Adil Əsədovun Fəlsəfi pentalogiya: Birinci bölüm — Gözəlliyin fəlsəfəsi kitabı

Fəlsəfə elməri doktoru , professor Adil Əsədovun Gözəlliyin fəlsəfəsi əsəri onun spiritualist aristokratizm adlı beş bölümdən ibarət fəlsəfi sisteminin birinci bölümüdür. Kitabın ön sözün müəllifi — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Habibbəylidir. Professor Əsədov bu kitabda gözəlliyin mahiyyət və təzahür arasında uyğunluq məqamı olduğu barədə ideya irəli sürür və məhz bu ideya əsasında bu gözəllik fenomeninin özünəməxsus fəlsəfəsini yaradır. Gözəllik fəlsəfəsi özlüyündə üç hissədən ibarət tərtib olunmuşdur. Hazırki nəşr əsərin birinci hissəsini öz məzmununda ehtiva edir. Bu hissə müəllifin Gözəllik fəlsəfəsinə tarixi-fəlsəfi giriş məzmunundadır və öz strukturu etibarilə Nizami Gəncəvi üslübunda fəlsəfi dialoq formatında qurulmuşdur. Əsər fəlsəfi elmlər üzrə mütəxəssislər, sənətşunaslar, ali məktəb tələbələri, həmçinin gözəllik və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Gözəlliyin fəlsəfəsi əsərinin və Fəlsəfi pentalogiya ilə bağlı tədqiqatçı-jurnalist Elçin Sərdarov gözəlliyi və məğrurluğu ilə tanınan Şahdağ bölgəsinin qədim mədəniyyət və elm ocağı olan Quba şəhərindən olan hörmətli alimimiz, fəlsəfə elmlər doktoru, professor. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, Fəlsəfi maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri Adil Əsadovla müsahibə hazırlayıb. Bu müsahibə ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz.