Məktəb şagirdləri Pitch sessiyada ekspertlərdən sosial sahibkarlığı öyrəndilər

Füzuli rayon «Qayıdış» Qəsəbəsi 5 nömrəli tam orta məktəbin «Qayıdışa hazır olaq: məktəblilərin sosial sahibkarlıq bacarıqlarının inkişafı» layihəsi çərçivəsində sertifikatlaşdırılmış təlimçi-məsləhətçi Elçin Sərdarovun moderatorluğu ilə «Pitch sessiya»ilə bağlı məktəbin yuxarı sinif şagirdlərin tanınmış ekspertlər Emin Qaribli, iqt.ü.f.d. UNEC kafedra müdiri, Aynur Rəşidova, s.ü.f.d, BDU müəllimi, Azer Ramazanov “Yaşlılar təhsili Assosiasiyası”nın sədri, Telman Yolçıyev, təlimçi-məsləhətçi, Elşən Bədirxanov, biznes — təlimçi, aqronom Rəhman Rüstəmov ilə maraqlı təlim-görüşləri keçirilib.

Şagirdlər üçün ən böyük qazanc peşəkar ekspertlərin, tanınmış sahibkarların və müəlliflərin qarşısında öz layihələrini müdafiə etmək oldu.

Ekspertlər şagirdlərə sosial sahibkarlıqla bağlı misallar gətirdilər, öz personal inkişaf təcrübələrindən bölüşdülər, tanınmış biznesmenlərin əldə etdiyi uğurları nümunə gətirərək şagirdlərə öz arzularını həyata keçirmək üçün inamlı və məqsədyönlü olmaqlarını tövsiyə etdilər.

Layihə rəhbəri Təranə Məhərrəmova bu Pitch sessiyanın, bölgələrdə ilklər sırasında Füzulidə keçirilməsindən və burada ölkədə tanınmış və təcrübəli ekspertlərin iştirakından məmnunluğunu bildirərək, qeydi etdi ki, bu «gənclərimizin hər bir ideyası, biz daxil olmaqla hamını heyran qoydu! Təlim -görüşü şagirdlərin kritik düşünmə və sualları cavablandırma bacarığını artırdı, şagirdlərə real biznes mühitini hiss etmək imkanı yaratdı. Dəstək olan bütün ekspertlərimizə və bu innovativ mühiti yaradan Elm və Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk».

Şagirdlərimizin yolu açıq olsun!