Elm və Təhsil İşçiləri arasında Həmkarlar İttifaqının sanatoriya-kurort yollayışlarından istifadəsi artıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 2026-cı ilin yanvar ayı ərzində ittifaq üzvlərinin sanatoriya və istirahət mərkəzlərinə yollayışlardan istifadəsi ilə bağlı ictimayiyyətə statistik məlumat açıqlanıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin sosial media hesabında paylaşımlarına əsasən, ümumilikdə 216 nəfər təhsil işçisi yollayışla təmin olunub, 449 nəfər isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib. Yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərçivəsində 44 nəfər ailə üzvləri ilə birlikdə olmaqla ümumilikdə 92 nəfər 3 günlük müalicə paketindən yararlanıb.

Qeyd edək ki, ötən ay ərzində rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 ittifaq üzvü cəlb edilib. Təhsil işçiləri əsasən «Bilgəh» Kardioloji Sanatoriyasında, «Zıx» Sağlamlıq Mərkəzində, «Günəşli» Sağlamlıq Mərkəzində, «Nazlı bulaq» İstirahət Mərkəzində, «Kurort Naftalan» İstirahət Mərkəzində, «Buzovna» Fizioterapiya Mərkəzində , «Mİras» İstirahət Mərkəzində, «Abşeron» Sağlamlıq Mərkəzində, Səməd Vurğun adına Sağlamlıq və istirahət Mərkəzində, «Şəfa» Sanatoriyasında müalicəyə üstünlük verdilər.

S.Elçin