Yazıçı alim, yazıçı-publisist Məmmədağa Sərdarovun doğma yurdu Qusar rayonunun Gədəzeyxur kəndi haqqında çapa hazırladığı kitaba tanınmış ziyalıların kəndin tarixi , bu günü və orada boya-başa çatıb xalqına , dövlətinə ləyaqətlə xidmət etmiş və hazırda da vicdanla davam etdirən hörmətli şəxslər barədə məqalələri, onların elmi və ədəbi yaradıcılığından bəzi nümunələr, habelə kəndin mədəni-məişət şəraitini əks etdirən maraqlı faktlar və foto şəkillər daxil edilmişdir.
Vurğulamaq lazımdır ki, kitabın əvvəlində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin layiqli oğlu, indiki Prezident İlham Əliyevlə birgə fotoşəkili dərc edilmiş, onun altında onların respublikada yaşayan bütün xalqların dostluq və qardaşlıq haqqında dəyərli ifadələrindən çox uğurla istifadə edilmişdir.
Müəllifin öz Vətəninin vətənpərvəri kimi gənclərə “Vətən” sözünün nədən, haradan başladığını, bütün vətəndaşları sevməyə və qorumağa çağırdığı məfhumu inandırıcı şəkildə izah etdiyi son sözü də maraqlıdır. Burada müəllif erməni faşizmi üzərində 44 günlük müharibədə Azərbaycan xalqının böyük qələbəsini layiqincə qeyd edir və fikirlərini qürurla bu sözlərlə yekunlaşdırır: “Yaşasın Milli Ordumuz və onun Ali Baş Komandanı! Yaşasın dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan xalqı! Qarabağ bizimdir! Qarabağ-Azərbaycandır!”
Ümid edirik ki, kitaba salınmış Azərbaycan, ləzgi və rus dilində yazılmış materiallar həm rayonun özündə, həm də onun hüdudlarından kənarda yaşayan həmyerlilərin xoşuna gələcək.
Elvira Hacıbəy qızı GreenPen.az