Araz Paşayev: «Hər bir həmkarımız diqqət və qayğını gündəlik həyatında hiss etməlidir»

Bu gün Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının sədri Araz Paşayev #Gəncə, #Gədəbəy, #Goranboy, #Şəmkir, #Kürdəmir, #Ağdaşdan olan ittifaq üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində səmimi görüş keçirib. Bu haqda GreenPen.az-a ETİHİ-dən məlumat verilib.
Görüş zamanı təhsil işçilərinin sağlamlığına və mənəvi rahatlığına yönələn təşəbbüslərin real ehtiyaclara söykəndiyi bir daha aydın şəkildə hiss olunub. Araz müəllimin fikirincə, görüş zamanı səslənən rəy və təkliflər qarşıdakı mərhələdə proqramların daha da təkmilləşdirilməsi üçün mühüm əsas yaradır. «Əsas məqsəd hər bir həmkarımızın diqqət və qayğını gündəlik həyatında hiss etməsidir» — təşkilat sədri vurğuladı. ETİHİ rəhbəri istirahət edən bütün ittifaq üzvlərinə xoş anlar, möhkəm sağlamlıq və yeni ruh yüksəkliyi arzuladı.

S.Elçin