Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin və seçicilərin qeydiyyatı barədə Elan


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair
tələblər və qeydiyyat qaydası:

  1. Namizədlərə dair tələblər:
  • İctimai Şurada üzvlüyə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, elm və təhsil sahəsi
    üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir
    fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
  • Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir
    namizəd irəli sürə bilər;
  • İctimai Şurada üzvlüyə Elm və Təhsil Nazirliyi əməkdaşlarının namizədlikləri irəli
    sürülə bilməz.
    Namizədlərin qeydiyyatı:
    Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim
    olunmalıdır:
  1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və
    elektron poçt ünvanı göstərilməklə);
  2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  3. namizədin tərcümeyi-halı;
  4. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda,
    həmin üzvlüyü təsdiq edən sənədin surəti;
  5. namizədin elm və təhsil sahəsi üzrə təcrübə və ya biliyə malik olmasını sübut
    edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlər) notariat qaydasında təsdiq
    olunmuş surəti.
    Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə
    bilər.
  6. Seçicilərə dair tələblər:
  • İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının
    təmsilçiləri iştirak edə bilərlər;
  • İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş
    cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;
  • Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə
    bilməzlər.
    Seçicilərin qeydiyyatı
    Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim
    olunmalıdır:
  1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisi) qeydiyyata alınması üçün
    müraciət;
  2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat
    qaydasında təsdiq edilmiş surəti;
  4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq
    edilmiş surəti.
  5. Sənədlərin qəbulu və baxılması
    Namizəd və seçicilərin qeydiyyatı məsələsinə elm və təhsil nazirinin əmri ilə
    yaradılmış seçki komissiyası tərəfindən baxılır.
    Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilir. Sənədlər mövzu
    hissəsində “Namizəd” və ya “Seçici” yazılmaqla shura@edu.gov.az elektron poçt
    ünvanına göndərilməlidir.
    Qeydiyyat üçün sənədlər 2023-cü ilin 30 dekabr tarixindən qəbul edilir.
    Sənədlərin qəbulu müddəti 2024-cü il 31 yanvar tarixində başa çatacaq.