İsveçrədə təhsil təqaüd proqramı

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2024–2025-ci tədris ilinin magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) üzrə təqaüd proqramı elan edir.

Tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları 15 noyabr 2023-cü il tarixinədək MEIG proqramının rəsmi internet səhifəsi üzərindən onlayn müraciət edə bilərlər.

Ölkə: İsveçrə
Təhsil səviyyəsi:magistratura 
Təqaüd müddəti: 10 ay
Maliyyələşmə: təhsil haqqı və yaşayış xərcləri (20000 – 45000 İsveçrə Frankı (CHF))
Dil bilikləri: ingilis dili (TOEFL/ IELTS/Cambridge English Qualification) və ya orta/ali təhsil müəssisəsində aldığı təhsilin tədris dilinin ingilis dilindəolduğuna dair sənəd;
Müraciət forması: ərizə forması
Ətraflı məlumat: https://www.meig.ch/admissions/ 
Son tarix: 15.11.2023