ADMİU-da “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi münasibətilə 17 noyabr 2023-cü il tarixində ADMİU-da “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulur. Konfransa aşağıdakı bölmə və istiqamətlər üzrə məruzələr qəbul edilir:

Bölmələr:
1. Sənətşünaslıq
2. Teart sənəti
3. Kino, televiziya və digər ekran sənətləri
4. Musiqi sənəti
5. Təsviri sənət
6. Sosial elmlər

İstiqamətlər:
1. Teatrşünaslıq
2. Kinoşünaslıq
3. Rejissorluq
4. Təsviri incəsənət tarixi və nəzəriyyəsi
5. Dekorativ tətbiqi sənət
6. Musiqişünaslıq
7. Mədəniyyət tarixi və nəzəriyyəsi
8. Sosial iş
9. Turizm
10. Muzey, arxiv işi və abidələrin qorunması

Konfransın proqramına daxil ediləcək məruzələr 30 sentyabr 2023-cü il tarixindən gec olmayaraq Azərbaycan, rus və ya ingilis dillərində aşağıda göstərilən elektron poçt ünvanına göndərilməlidir:
admiuconference@gmail.com

Qeyd: Müasir reallığı nəzərə alaraq, konfransın Zoom platformasında məsafəli qaydada keçirilməsi istisna edilmir. Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.

Məruzə mətninin tərtibi qaydaları:
Məruzə mətni 5-6 səhifədən az olmamaq şərtilə A4 formatda, Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlər arası məsafə 1,5 intervalla, sol boş sahə – 30 mm, sağ – 10 mm, yuxarı və aşağı 20 mm (yuxarı və sonuncu sətrə qədər) olmaqla yazılmalıdır.

Məruzənin strukturu:
1. Məruzənin UOT indeksi.
2. Müəllifin adı, atasının adı, soyadı (qalın şriftlə), vəzifəsi, elmi adı və elmi dərəcəsi, fəxri adı (və ya doktorant və ya dissertant olduğu təşkilatın adı, təhsilin forması).
3. Elektron poçt ünvanı, əlaqə nömrəsi.
4. Məruzənin adı (qalın şriftlə).
5. Xülasə (500-ə qədər).
6. Açar sözlər (5 söz birləşməsindən az olmamaq şərtilə).
7. Məruzənin mətni.
8. İstinad olunmuş ədəbiyyat siyahısı.
9. Digər iki dildə (rus və ingilis) məqalənin adı, müəllifin adı və soyadı göstərilməklə qısa xülasə və açar sözlər.

Konfransın keçirilmə tarixi və ünvanı: 17 noyabr 2023-cü il, Bakı şəhəri, İnşaatçılar prospekti 39, ADMİU-nun əsas korpusu, tel.: (012) 5990054 — daxili nömrə (130).

Qeyd: Konfrans materialları toplu şəklində dərc olunub hər bir iştirakçıya təqdim olunacaqdır və ADMİU-nun rəsmi saytında rəqəmsal formatda yerləşdiriləcəkdir. Məruzənin ödənişində bir səhifə 7 AZN təşkil edir.