Azərbaycan üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun məlumatına görə bu gün respublika üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur. Bu da respublika üzrə ümumi əhalinin 12%-ni təşkil edir. Yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır. Pensiyaçıların 55,5%-ni qadınlar, 44,5%-ni isə kişilər təşkil edir.