31 oktyabr — “Dünya şəhərlər Günü”dür!

Dəyərli dostlar, 31 oktyabr — “Dünya şəhərlər Günü” olduğundan həmin gün və həftə ərzində profillərimizdə dogma paytaxtımız, gözəl Bakıda və ölkəmizin digər qədim və müasir şəhərlərində əlilliyi olan insanların, onlar üçün nəzərdə tutulmuş panduslardan (panduslu mənzil kompleksləri, evlər, liftlər, mədəni-məişət obyektləri, avtobus dayanacaqları, onların yeri haqqında məlumat verən interaktiv xəritələrdən) rahat istifadə etməkləri, panduslar olan yerdə qanunsuz maşınların saxlanılmaması, panduslardan məqsədli istifadəsi və onlarla bağlı yaranan ehtiyaclar haqqında sosial mediada paylaşımlar edilməsini təklif edirəm.

Ümid edirəm ki, bu cür innovativ maarifləndirmə kampaniyalarına həmişə açıq olan Əmək və Əhaliyin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, ƏƏSMN-nin digər qurumları, BNN, Azərbaycan Əlil Təşkilatları İttifaqı, digər yerli sosial və təhsil yönümlü vətəndaş birlikləri, sosial mövzuda yazan jurnalistlər və könüllülər də bu təşəbbüsə müsbət yanaşacaqlar və öz dəstəklərini göstərəcəklər.

Məlumat üçün, “Dünya şəhərlər Günü”nün məqsəd və vəzifələri arasında bu məqsədlər də xüsusi qeyd edilir:

“Daha inklüziv şəhərlər yaratmaq üçün yeni qabaqcıl texnologiyaların tətbiqinin ən perspektivli təcrübələrinə diqqəti cəlb etmək və ayrı-seçkiliyə yol vermədən inkişaf təcrübələrini bölüşmək”!

 “Şəhərlərdə ictimai iştirakçılığı, o cümlədən ən sosial cəhətdən təcrid olunmuş qrupların sosial həyatında iştirakını artırmaq üçün qabaqcıl texnologiyaların imkanlarını tədqiq etmək”!

 «Dünya şəhərlər Günü» ilə bağlı təşəbbüsümüzə təcrübəli sosial təşkilatlardan biri olan, Azərbaycan Əlill Təşkilatları İttifaqının sədri Davud Rəhimli qoşularaq bizimlə, sosial QHTlərlə və sosial medialarla Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin İnkişaf Agentliyinin qismən maliyyələşdirdiyi və icra etdiyi «Genderə həssas -DİM-nin həyata keçirməkdə vətəndaş cəmiyyətinin rolunun artırılması» Proqramın bir hissəsi olaraq «Hamı üçün müyəssər xoşbəxt şəhər» layihəsi çərçivəsində hazırlanmış  animasiya filmi ilə böyüşdü. Bu çarxla tanış olmaq və bu həftə çərçivəsində maraqlı tərəflərlə paylaşmaq yaxşı olardı!

Şəhərlərdə müyəssər mühit

Bunları nəzərə alaraq Sizi bu təşəbbüsə qoşulmağa dəvət edirəm!

Təşəbbüslə bağlı əlavə məlumat üçün:

İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə məsləhətçi:

Elçin Sərdarov: e.sardar.pr@gmail.com