Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar» II-ci qrant müsabiqəsinin qalibi Lənkəran şəhər 4 Nli məktəbində «Gender bərabərliyi» ilə bağlı müəllimlər və valideynlərlə informasiya ğörüşü keçirildi

Lənkəran rayon 4Nli tam orta məktəbin Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar» müsabiqəsinin dəstəklənmiş layihəsi çərçivəsində «Gender bərabərliyi» ilə bağlı müəllimlər və valideynlərlə maraqlı informasiya ğörüşü keçirildi. Tədbirdə Lənkəran şəhər 4Nli tam orta məktəbinin direktoru, əməkdar müəllim Yeğanə Əskərova, Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov, AMEA Fəlsəfə İnstitutunun «Müasir fəlsəfə cəryanları» şöbəsinin aparıcı mütəxəssisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov və diğərləri iştirak etdilər.

Ğörüşdə müəllimlərə və valideynlərə layihə çərçivəsində azərbaycan dilinə tərcümə edilmiş gender bərabərliyinə aid Norvec təşkilatının hazırladığı sosial çarx ğöstərildi. Tədbirdə Zeynəddin müəllim Şabanovun gender məsələri ( gender nədir, ailədə idarəetmə növləri, in və yan, erkən niğanların qarşısının alınması) ilə bağlı etdiyi söhbətlər , Elçin Sərdarovun BMTnin dayanıqlı inkişaf məqsədlərindən 5ci qlobal məqsəd olan «Gender bərabərliyi»nə aid verdiyi məlumat və onu diğər məqsədlərlə əlaqələndirilməsi, ailələrdə gender bərabərliyinə nail olunması ücün ünsiyyətin roluna aid fikirləri tədbir iştirakçıların maraqlarına səbəb oldu. Tədbirin sonunda E.Sərdarov Lənkaran 4 Nli tam orta məktəbin direktoru Yeganə Əskərovanı Əməkdar müəllim Fəxri adının alınması ilə səmimi təbrik etdi!

GreenPen.az

(Şəkillərin müəllifi: Elnur Sərdarov)

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.