“Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində Qusar rayonunun kənd məktəblilərinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə “Peşə yönümü” ilə bağlı infotur təşkil edilib

“Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsində qalib olan “Qusar rayonu Balaqusar bələdiyyəsi ərazisində yerləşən 4 orta təhsil məktəbində peşəyönümü işinin inkişaf etdirilməsi”nə dair pilot layihəsi çərçivəsində Qusar rayonunun kənd məktəblilərinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infoturu təşkil edilib.

İnfotur zamanı Qusarın Həsənqala, Balaqusar,  Bədirqala və Köhnə Xudat Qazmalar kəndlərinin şagirdləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə tanış olublar, həmçinin istehsalat prosesi və müasir peşə təlimləri haqqında məlumat əldə ediblər. İnfotur zamanı məktəblilərə peşə yönümü və ixtisas seçimi ilə bağlı usdad təqdimatları nümayiş edildi və peşə seçimi ilə bağlı tövsiyyələr verildi.

Tədbirdə Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Eldar Salahov, Təhsil Nazirliyinin əməkdaşı, layihənin eksperti Elçin Sərdarov, Qusar rayon Həsənqala kənd tam orta məktəbinin direktoru, Layihənin koordinatoru Şöhran Hacəliyev, Gəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, “Yaşıl Qələm” Təhsil Şəbəkəsinin, “Yaşlıların təhsili” Assosiasiyasının, Təlim və İnkişaf Mərkəzinin, məktəblərin rəhbər-müəllim heyyətinin nümayəndələri və şagirdləri iştirak ediblər.

GreenPen.az