“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir

Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir. Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.

Məktəblilər tərəfindən təsdiqlənmiş mövzular üzrə aparılan tədqiqatların dekabrın 25-dək başa çatdırılması və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasının təmin edilməsi nəzərdə tutulur. Müsabiqənin əsas məqsədi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır. Müsabiqədə yüksək elmi tədqiqat nəticələri əldə etmiş məktəblilər ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək.

“Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil NazirliyiGənclər və İdman NazirliyiHeydər Əliyev Mərkəzi,Azərbaycan Milli Elmlər AkademiyasıAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondudur.

Müsabiqə keçirilən müddətdə şagirdlərin elmi fəaliyyəti ilə məşğul olan müəllimlər, onların elmi rəhbərləri və direktorlar üçün İntel Təlim Akademiyası fəaliyyət göstərəcəkdir. Həmin akademiyada keçiriləcək treninqlərdə iştirak etmək istəyən müəllimlər sabahinalimleri.edu.az saytından qeydiyyatdan keçə bilərlər.

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.

2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 928  nəfər şagird qatılıb, onlardan 35 şagird  ABŞ-da keçirilən Intel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanıb.

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.