“Beynəlxalq Müəllimlər günündə” – Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbinin şagirdləri müəllim ömrünün bir gününü yaşadılar

“Beynəlxalq Müəllimlər Günündə” Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbində məktəblilərin iştirakı ilə maraqlı bir layihə həyata keçirildi. Belə ki, müəllimlər üçün əlamətdar bir gündə şagirdlər sinif müəllimlərin dərs cədvəlinə uyğun olaraq fənnləri dərs deyən müəllimləri əvəz etdilər.

Sinif rəhbəri Günay Hümbətova olan 9a sinifinin (azərbaycan bölməsi) şagirdləri riaziyyat, kimya, azərbaycan dili, ingilis dili, müsiqi fənnləri üzrə müəllimlərini əvəz etdilər. Nərgiz Soltanova — riaziyyat fənnnindən, Fatimə Əliyeva- kimya fənnindən, Nərmin Hüseynova – azərbaycan dili fənnindən, Zeynab Məmmədova – ingilis dili fənnindən, Qumral Şərifova – müsiqi fənnindən.

Sinif rəhbəri – Gülnarə Oruceva olan 9b sinifinin (rus bölməsi) şagirdləri biologiya fənni, tarix fənni, Azərbaycan dili fənni, Riaziyyat fənni, Texnologiya fənni, Musiqi fənni və Rus dili fənni üzrə müəllimləri əvəz etdilər. Hüseynov İsmayıl – riaziyyat fənnindən, Jeyla Ağayeva – azərbaycan dili fənnindən, Şahmar Şirinov – tarix fənnindən, Seyid Məhəmmədrəhim – biologiya fənnindən,  Anqelina Qolova — rus dili və ədəbiyyat fənnindən.

Şagirdlərin fənnlər üzrə etdiyi təqdimatları Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru Arzu Azadəliyeva, Təhsil Nazirliyinin layihə koordinatoru Elçin Sərdarov, məktəbin psixoloqu  Sevinc Məmmədova, riaziyyat müəllimi İradə İbrəhimova, riaziyyat müəllimi  Gülnaz Hüseynova, azərbaycan dili müəllimi Ofelya Hacıbalayeva dinlədilər.

Sonra şagirdlərin fənnlər üzrə keçirdiyi dəsrlərlə bağlı maraqlı müzakirələr keçirildi, yaradıcı mühitdə dərslərin aparılması ilə bağlı tövsiyyələr verildi. Şagirdlər təqdimatların sonunda məktəb müəllimlərini yaradıcı formada bayram münasibətilə təbrik etdilər.

GreenPen.az