“Müasir dövrdə effektiv idarəetmənin problemləri” elmi konfrans keçiriləcək

Azərbaycan Turizm və Menecment Universiteti 27-28 oktyabr 2017-ci il tarixlərində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda 3-cü respublika elmi konfransı keçirəcək. Bu haqda GreenPen.az -a ATMU-da məlumat verdilər.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə müxtəlif sahələrin idarə edilməsində yol verilən nöqsanların müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarının müzakirə edilərək tətbiq üçün qəbulu və yeniliklərin daxil edilməsi istiqamətində perspektiv imkanların müzakirə edilməsidir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

1. Dövlətin və bələdiyyənin idarə edilməsi

2. Sosial-iqtisadi sahələrin idarə edilməsi

3. Təhsil və mədəniyyətin idarə edilməsi

4. Biznes idarəçiliyi

5. İdarəetmədə hüquq problemləri

6. İdarəetmədə multikultural dəyərlər

7. Turizm və xidmət sahələrinin idarə edilməsi

Konfransda iştirak etmək üçün məruzənin mövzusu və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş ərizənin 15 oktyabr 2017-ci il tarixinədək təşkilat komitəsinə göndərilməsi mütləqdir:

 Adı,soyadı,ata adı;

 Elmi dərəcəsi;

 İş yeri, vəzifəsi;

 Poçt ünvanı (iş və ev);

 Telefon, faks ( şəhər kodu göstərilməklə);

 Elektron ünvan;

 Məruzənin mövzusu;

 İstiqaməti;

 Texniki vasitələrdən istifadənin vacibliyi.

Təşkilat komitəsi proqrama uyğun olaraq məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.

Konfransın işçi dili: azərbaycan, rus və ingilis dilləridir. Məqalələrin tərtib olunma qaydaları: Mətnin yığılması- A4 formatda, hər tərəfdən 2,5 sm, 1.5 intervalla, Times New Roman 12 pt şrift ilə. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən çox olmamaqla, azərbaycan, rus və ingilis dillərində təqdim olunmalıdır. İstifadə edilən ədəbiyyatların siyahısı mənbənin adı, çap olunduğu məcmuə, nəşr ili və səhifə göstərilməklə kvadrat mötərizə içərisində [6,s.109] şəklində verilir.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında(http:// www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official/?fref=ts) yerləşdirilmişdir. Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 13.06.2017-ci il tarixindən 15.10.2017-ci il tarixinədək konfrans2017@atmu.edu.az elektron ünvanına göndərilməlidir. Əlaqə telefonu: (012) 4644233 (125) Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23 Email: konfrans2017@atmu.edu.az

GreenPen.az