Xaçmaz rayonunda uşaqlar üçün Icma əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyət göstərir

E.Sərdarov

Aprel ayından başlayan 9 aylıq Əlillərin Beynəlxalq Əməkdaşlıq uğrunda” Cəmiyyəti (ƏBƏU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (Xaçmaz) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi (İƏSRM) uğurla davam edir.

Layihənin məqsədi — 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsi, ailələrin səlahiyyətləri və imkanları haqqında məlumatlandırılması, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.

“Əlillərin Beynəlxalq Əməkdaşlıq uğrunda” Cəmiyyətinin Layihəsinin (ƏBƏU) rəhbəri Firuzə Babayevadan GreenPen.az-a verilmiş məlumata görə Layihə çərçivəsində 0-18 yaşlarında olan sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Mərkəzdə ümumi olaraq uşaqların ehtiyacı əsasında sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya) öyrədilir. Hər bir uşağa ayrı-ayrılıqda sosial-psixoloji dəstək verilir, sosiallaşma və ünsiyyət bacarıqları inkişaf etdirilir, koqnitiv bacarıqların inkişafına dəstək verilir, təhsildən geri qalanlar üçün əlavə fənn məşğələləri təşkil olunur və nitq problemlərinin inkişafı məqsədi ilə laqaped tərəfindən xüsusi məşğələlər keçirilir.

“Hal hazırda bizim mərkəzimizdə xidmətlərin göstərilməsi üçün sağlamlıq imkanları məhdud olan uşaqlar müəyyən edilib, fərdi qayğı planları hazırlanıb, uşaqlara xidmət göstərilməsi vasitəsi ilə onların funksional bacarıqları tam və ya qismən  bərpa olunur; ailələrə dəstək verilir, valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilir, əlilliyi olan uşaqların bacarıqlarını 5 sahə üzrə (psixoloji, əqli, fiziki, nitq, sosial)  inkişaf etdirilir” – Firuzə xanım dedi.

Mərkəzdə həmçinin, əqli və fiziki qüsurları olan uşaqlara mümkün dərəcədə öz ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə kömək etməklə, ailədə və cəmiyyətdə  valideynlərin və digər insanların əlliyi olan uşaqlara olan düzgün münasibətin  qurulmasına şəraitin yaradılması istiqamətində işlər aparılır, ailələrə müavinətin, ünvanli-sosial yardımın alınması və digər sosial  sahədə köməkliyin göstərilməsi və əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün onların tədbirlərə cəlb olunması sahəsində tədbirlər görülür.

Mərkəzdə səmərəli qurulmuş iş nəticəsində uşaqların xüsusi qabiliyyət və bacarıqlarının aşkarlanması və inkişaf etdirilməsində, məktəb yaşında olan uşaqların təhsilə cəlb olunmasında valideynlərə köməklik göstərilir. İnklüziv təhsil proqramı tətbiq olunmuş siniflərdə oxuyan uşaqların məktəbdə tədris prosesi zamanı ətrafdakıların onlara olan düzgün yanaşmanın qurulması sahəsində mütəxəssislər tərəfindən maarifləndirmə işi aparılir və ailələrin əlilliyi olan uşaqların problemləri ilə məşğul olan digər təşkilatlarla əlaqə qurulmasına şərait yaradılir.

Layihə çərçivəsində Xaçmazda hal hazırda 50 əlilliyi olan uşaq Mərkəzə cəlb olunub. Uşaqlara fərdi və qrup şəklində məşqələlər keçirilir. Onların beyn inkişafı və koqnitiv bacarıqlar inkişafına dəstək verilir və təhsildən geri qalanlar üçün əlavə fənn məşğələləri təşkil edilir.

Təşkilat nümayəndəsinin məlumatına görə, Mərkəzdə uşaqların valideynləri ilə müqavilələr bağlanılıb, valideyinlər arasında Valideyin birliyi yaradılıb. Həftə sonu valideyinlərlə görüşlər keçirilir. Bu görüşlər nəticəsində valideynlərin qarşılaşdığı problemlərin həllində onlara köməklik göstərilir.

Layihə rəhbərinin məlumatına görə, əvvəllər uşaqlar Mərkəzə cəlb olunanda davranış qaydalarını, qələm tutmağı, stol üstü oyunları bilmirdilər. Mərkəzdə işçi heyyətin dəstəyi nəticəsində uşaqlarla məşğələlər keçirildikdən sonra müsbət dəişikliklər əldə olunub. Uşaqlarda hiss etmə, qavrama bacarıqları əldə olunub.

Mərkəzdə qeydiyyatda olan Rəhimov Anar 15 yaşına çatsada yaşıdları kimi orta məktəbdə təhsil ala bilmirdi. Anarın 15 yaşı olduğu üçün ona evdə fərdi təhsilin təşkilinin mümkün olmadığını bizə söylədi. Anarın problemi gözlərinin çəpliyidir. Biz çalışırıq ki, daha da yüksək nəticələr əldə edək. Anar kimi problemlərlə üzləşən, ailədə və cəmiyyətdə baxımsız qalan, sosial problemlərdən tamamilə təhsildən uzaqlaşdırılmış uşaqların sayı həddindən artıq çoxdur. İşçi heyyətinin təşkil etdiyi məşğələlər zamanı hər bir uşağın şüur inkişafına yardım edilir. Əlilliyi olan uşaqlar yazı yazmağı, rəsm çəkməyi, sözləri düzgün tələffüz etməyi artıq cox gözəl oyrəniblər”- layihə meneceri dedi.

Mərkəzin yaradıcı heyyəti fəaliyyət müddətində əlilliyi  olan uşaqların və ailələrin sosial hüquqları ilə bağlı  maariflənmə işlərindən başqa, onların inklüziv təhsillə bağlı  hüquqi maarifləndirilməsi və həmin şəxslərə sosial qanunvericilikdə nəzərdə tutulan hüquqi təminatların izah edilməsi işlərini, bu kateqoriyadan olan insanların sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına tövsiyələrin verilməsi işlərini də aparırlar.  Mərkəz xətti ilə çətin həyat şəraitində olan uşaqların reabilitasiya potensialını artırmaq kimi məsələlərlə bağlı 130 nəfərə yardımlar göstərilmişdir.

Həyata keçirilmiş layihə çərcivəsində əlilliyi olan uşaqların sosial dəstəyə cəlb olunması fəaliyyətinin davam etdirilməsinə dair məlumatlılığın artırılması ilə bağlı tədbirlərdə 296 nəfər iştirak etmişdir. Onlar hüququ cəhətdən geniş şəkildə bilgilər əldə etmişlər və aldıqları məlumatla həmkarları ilə bölüşmüşdürlər.  Qanunvericilik aktlarının daxil edildiyi proqram bölgələrdə əhali arasında, ƏBƏU-nun bölgə şöbələrinin dəstəyi ilə əhali arasında paylanılmışdır. Əlilliyi olan uşaqların sosial dəstəyə cəlb olunması fəaliyyətinin davam etdirilməsi sosial təhlükəsizliyə məruz qalma riskinin azalmasında mühüm rol oynamışdır.

Xaçmaz rayonunda ailələrlə keçirilmiş maarifləndirmə işləri ailələrin də fəallığını artırıb. Əlillərin Beynəlxalq Əməkdaşlıq Uğrunda cəmiyyətinə muraciət edən 13 nəfərin huquqi   problemlərinin  həllinə köməklik  olunması  ücün, aidiyyati orqanlara  müraciət edilmişdir. Nəticə etibarilə əhali arasında müsbət nəticələr əldə olunmuşdur. Aparılmış maarifləndirmə işləri nəticəsində bilavasitə yerlərdə sosial problemlər öyrənilmişdir. Bu qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tövsiyyələrin hazırlanması ilə bağlı iştirakçılara baza bilikləri vermişdir.

Sosial layihələrin həyata keçirilməsində dövlətə dəstək baxımından təşkilatın rolu çoxdur və sosial problemlərin region səviyyəsində öyrənilməsi  təşkilatın  nəzəri bazasının ilkin təsiri olmuşdur. Ümumi maraqların qorunması və əlilliyi olan uşaqların İcma əsaslı sosial reabilitasiya mərkəzlərinə cəlb olunmaları və onların hüquqlarının dəstəklənməsi problemlərin həllində birgə iştirak ƏBƏU cəmiyyətinin əsas prioritetlərindəndir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, əlilliyi olan uşaqların İƏRM-nə cəlb olunmaları problemi ən çox əlilliyi olan kəndlərdə yaşayan uşaqlardır. Səbəb isə onlara şamil olunmuş qanunlardan məlumatsız olmalarıdır.

Xaçmaz rayonunda fəaliyyət göstərən İƏR xidmətlərin göstərilməsi üçün sağlamlıq imkanları məhdud olan uşaqlar müəyyən edilməsi davam etdirilir. Hər bir uşaq üçün fərdi qayğı planları hazırlanıb və onlara xidmət göstərilməsi davam etdirilir. Mərkəzə cəlb olunan əlilliyi olan  uşaqların funksional bacarıqları tam və ya qismən  bərpa olunmaları üçün mütəxəssislər tərəfindən inkişaf proqramları həyata keçirilir. Əlilliyi olan uşaqların ailələrinə sosial sahədə qarşılaşdıqları problemlərlə bağlı dəstək verilməsi davam etdirilir. Valideyinlərin bir qisminin sosial yardımların alınmasına, sosial ehtiyyacların ödənilməsində yardımlar göstərilir. Valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilir. Xaçmaz rayonunda effektli sosial xidmətin həyata keçirilməsi üçün işçi heyəti davamlı təlimlərə cəlb olunur.

Bu günə kimi, inklüziv təhsil sahəsində mövcud vəziyyət  analiz edilmiş, fərdi təhsil almayan, fiziki məhdudiyyəti çətin olan 1-uşağa evdə təhsilin verilməsi təşkil olunmuşdur. Valideyn, müəllim, şagirdlər üçün “Əlilliyin dərki” və “İnkluziv təhsil” mövzularında maarifləndirici tədbirlər  həyata keçirilmışdır.

Layihənin dəstəyi ilə sosial sahədə davam edən problemlərin aradan qaldırılması məqsədi ilə lobbiçilik həyata keçirilir.

Aparılmış maarifləndirmə işi və təlimlərdən sonra hədəf qruplarının özlərinin fikirlərinə görə əvvəlki və son vəziyyətin müqayisəsi görülmüş işlərin həm keyfiyyətinin, həm də təsirini özündə göstərmişdir. Layihədən uşaqlar və onların valideynləri, bu sahədə çalışan müəllimlər məlumatlandırılmışdır. Əhali arasında layihənin mahiyyəti barədə məlumatlanma işlərinin aparılması davam etdirilir. İnteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar müəyyənləşdirilmiş və hər birinə lazımi dəstək verilir.

Əlilliyi olan uşaqların valideynləri, müəllimlər, uşaqlar ilə maarifləndirmə işləri aparılır, aidiyyatlı sahələr üzrə təşkilatın dəstəyi verilir. Əlilliyi olan uşaqların valideyinləri ilə uşaqların dərk etmə, emosional və fiziki inkişafına və onların sosial uyğunlaşmasına yardım etmək, ailələrə gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək məqsədi ilə  məlumatların toplanması davam etdirilir.

Əlilliyi olan uşaqların sosial kimsəsizliyinin profilaktikası və onların inklüziv təhsilə cəlb olunmamaları  zərurətinin minimuma endirilməsi üçün kompleks sosial xidmətlər göstərilir.

Layihə çərçivəsində 2017-cı il ərzində rayonda azı 50 nəfər sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətlərinin göstərilməsi, 150-dək valideynin icma əsaslı reabilitasiya mərkəzlərinin yaradılması haqqında məlumatlandırılması nəzərdə tutulub.

Layihə davam etdirilir.

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.