Estetik -Tərbiyə üzrə Respublika Tədris -Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında Respublika Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Rəngli dünyam” adlı tədbir keçirilib

Tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Səbayıl Rayon İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işləri ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərən “My Way” Uşaq Yaradıcılıq Mərkəzinin istedadlı uşaqlarının çəkdikləri rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, “My Way” Uşaq Yaradıcılıq Mərkəzi ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği, gənclərin və yeniyetmə uşaqların bədii yaradıcılığının inkişafına yardım məqsədilə yaradılıb. Mərkəz Respublika Uşaq Yaradıcılıq Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gələcək fəaliyyətində birgə layihələr həyata keçirmək üçün sərgiyə qoşulub.