Maarifçi QHT-lər üçün “Step İT Academy” peşə tədris müəssisəsinə tanışlıq turu təşkil edildi

Təhsil Nazirliyinin informasiya şöbəsinin təşəbbüsü ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə 9 saylı Bakı Peşə Liseyinin bazasında fəaliyyət göstərən “STEP İT Academy” beynəlxalq tədris müəssisəsinə Maarifçi QHT-lərin tanışlıq turu təşkil olunub.

Turun məqsədi — Maarifçi QHT-ləri “STEP İT Academy” beynəlxalq tədris müəssisəsinin fəaliyyəti ilə tanışlıq və peşə təhsili sahəsində müəssisə ilə təşkilatların arasında əməkdaşlığının qurulması idi. Tur zamanı Maarifçi QHT-lər “Step İT Academy” müəssisəsinin resurs bazası ilə tanış oldular,  tədris müəssisəsində keçirilən kompyuter qrafikası və dizayn, proqram təminatının yaradılması, şəbəkə texnologiyaları və kibertəhlükəsizlik, robototexnika kursları və “Golden Byte” Azərbaycan çempionatı haqqında geniş məlumat aldılar.

Tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Peşə Agentliyinin, Rusiya İnformasiya-mədəniyyət Mərkəzinin, “Step İT Academy” müəssisəsinin nümayəndələri və Maarifçi QHT-lərin rəhbərləri iştirak edirdilər. Turda iştirak edən «Yaşlıların təhsili» Assosiasiyasının prezidenti Azər Ramazanov bildirdi ki, «Bu çox gözəl təşəbbüsdür, Step İT Akademiyada texnologiyaları öyrənmək və inkişaf etmək üçün yaxşı imkanlar var. Uşaqları və yaşlıları burada təlim keçməyə dəvət edirəm»  — turda iştirak edən «Yaşlıların təhsili» Assosiasiyasının prezidenti Azər Ramazanov dedi.  Tədbirin informasiya dəstəyi AZƏRTAC, CBC kanalı və GreenPen.az.

GreenPen.az

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.