«Step IT Academy» beynəlxalq təlim müəssisəsinə Maarifçi QHT-lərin turu təşkil ediləcək

Yaxın günlərdə Təhsil Nazirliyinin informasiya şöbəsinin təşəbbüsü ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə Maarifçi QHT-lərin «Step IT Academy» beynəlxalq tədris müəssisəsinə turu təşkil ediləcək. Tədbirin informasiya dəstəyi «AZƏRTAC», «CBC» və «Yaşıl qələm» («GreenPen») Təhsil şəbəkəsi tərəfindən həyata keçiriləcək.

Bu haqda GreenPen.az-a Nazirliyindən məlumat verilib. Tur zamanı Maarifçi QHT-lərin nümayəndələri 9 saylı Bakı Peşə Liseyinin bazasında fəaliyyət göstərən “STEP İT Academy” beynəlxalq tədris müəssisəsi ilə yaxından tanış olacaqlar.  Tədbir proqramına maraqlı təqdimatlar, tədris prosesi ilə tanışlıq və diskussiyalar daxil edilib.

GreenPen.az

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.