Təhsil Nazirliyi və AMEA Mərkəzi Elmi Kitabxanası “Ümumdünya bloq gününü” Maarifçi QHT-lər və fəal bloqerlərlə birgə keçirdilər

 

Elçin Sərdarov

İnstitusional İnkişaf üzrə koordinator, Azэrbaycan Jurnalistlər Birliyinin üzvi

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə 31 avqust — beynəlxalq bloq günündə AMEA Mərkəzi Elmi Kitabxanası və “Yaşıl qələm” Müəllimlərin və Jurnalistlərin Təhsil Şəbəkəsi ilə tərəfdaşlıqda Maarifçi QHT-lərlə və fəal bloqçularla İnformasiya görüşü keçirilmişdir.

Görüşün məqsədi — “Beynəlxalq bloq” günündə Maarifçi birliklərin fəal bloqçularla tanışlığı, onlarla təhsil və elm məsələri ətrafında iş birliyinin qurulması idi.

Təhsil Nazirliyinin Maarifçi QHT-lərlə və bloqçularla keçirdiyi İnformasiya görüşündə vətəndaş birliklərini və fəal bloqçuları nazirliyin “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərancamının icrası haqqında və görüşün məqsədləri ilə tədbirin moderatoru, Təhsil Nazirliyinin İnstitusional inkişaf üzrə Koordinatoru Elçin Sərdarov tanış etdi. Tələbələrin köçürülməsinin elektron qaydada aparılması, yeni yaradılmış transfer.edu.az portalı ilə bağlı Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov təqdimat etdi. «Məktəblinin dostu” pilot layihəsi haqqında Təhsil Nazirliyinin layihə rəhbəri Rüstəm Ağayev məlumat verdi.

Tədbirdə AMEA Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının keçirdiyi Vikipediya təlimləri haqqında bölmə əməkdaşı Günay Məmmədova məlumat verdi. İnformasiya görüşündə «Yaşlıların təhsili» Assosiasiyasının təhsil sahəsində təqdiqat və təlim layihələrindən, «Yaşıl qələm» Müəllimlərin və Jurnalistlərin Təhsil Şəbəkəsinin təhsil, media və məktəb layihələrindən, “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin gənclərin maarifləndirilməsi sahəsində innovativ layihələrindən bəhs edildi. Bloqçu fəaliyyətinin özəlliyi haqqında və müəllimlərin öz uğurları, təcrübələri və təhsil alanların uğurları ilə fərdi bloqlarda və şəbəkələrdə bölüşmələrinin vacibliyindən maarifçi-bloqçu Vyaçeslav Sapunov tərəfindən məlumat verildi.

Görüş iştirakçıların tələbələrin köçürülməsi məsələsinə aid və «Məktəblinin dostu» layihəsi ilə bağlı bir sıra təklifləri oldu. O cümlədən, tələbələrin köçürülməsində aztəminatlı kateqoriyalardan olan və fiziki məhdudiyyətləri olan gənclərin nəzərə alınması, «Məktəb dostu» layihəsini gələcəkdə qaçqın və köçkünlərin məskunlaşdığı rayonlarda və təhsil aldığı məktəblərdə tədbiq olunması, bu layihədə inklyuziv təhsil qrupları ilə işləyə biləcək mütəxəssislərin cəlb olunması, uşaq psixologiyası və digər psixoloji təlimləri müəllimlər üçün keçirilməsi, məktəb psixoloqlardan daha səmərəli istifadə edilməsi, işə qəbul ediləcək məktəblilərin dostlarının müəllimlərə dəstək verilməsi və onların gələcək taleyi və personal inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.Təhsil üzrə ekspert, sosioloq Əhməd Məmmədov Qəşəm oğlunun pilot olaraq alternativ 3 məktəbə «sosial iş» qrupların yaradılmasını təklif etdi və bu sahədə sorğuların aparılmasının vacibliyini vurğuladı.

Tədbirdə çıxış edən 1905.az saytının əməkdaşı Təmkin Məmmədli saytda Azərbaycanla bağlı tarixi məlumatların, erməni-azərbaycan münaqişəsi, erməni terroru, Qarabağ məsələsi ilə bağlı məlumatların və məqalələrin müxtəlif dillərdə hazırlandığı və saytda yerləşdirildiyi haqqında məlumat verərək, onların bloqçular vasitəsi ilə yayımlanmasının vacibliyini vurğuladı.

Tədbirin yekununda AMEA Mərkəzi Elmi Kitabxanasına və bloqçuların təmsilçisinə kitablar hədiyyə edildi.

Tədbirdə Təhsil Şurasının sədri, professor Əcdər Ağayev, təhsil üzrə ekspert fizika-riaziyyat elmləri doktoru Şahlar Əsgərov, Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmlər doktoru İsaxan Vəliyev, Azad Müəllimlər birliyinin sədri, pedaqoji elmlər doktoru Məlahət Mürşüdlü, “Yaşlıların təhsili” Assosiasiyasının prezidenti Azər Ramazanov,  “Tərəqqi və demokratiya” İctimai birliyinin sədri, iqtisad elmləri doktoru Əhməd Məmmədov, Heydər Əliyev İrsini Araşdırması Mərkəzinin, 1905.az saytının nümayəndəsi Təmkin Məmmədli, Estetik tərbiyyə üzrə Tədris-metodik Mərkəzin direktoru Kəmalə Cəfərzadə, “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin icraçı direktoru Əkəkbər Mustafayev, “İnkişaf naminə idman” İctimai birliyin sədri Vəli Musayev, Azərbaycan Respublikası Əlil Təşkilatlar Assosiasiyasının prezidenti Davud Rəhimli, “Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası” İctimai birliyinin sədri Gülnarə Hüseynova, Regional Gender Mərkəzinin sədri Şərgiyyə Dadaşova, fəal bloqçular Vyaçeslav Sapunov, Səbinə Quliyeva, Almaz Həsrət, Sinan Ağayev, Çinarə Həsənova və digərləri iştirak etmişdirlər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *