Qərb Universitetində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş «Heydər Əliyev və müstəqil Azərbaycanın uğurları» adlı Respublika elmi konfransı keçirildi

07 may 2016-cı il tarixdə Qərb Universitetində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Fəlsəfə və Hüquq İnstitutu ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş «Heydər Əliyev və müstəqil Azərbaycanın uğurları» adlı Respublika elmi konfransı keçirildi.  Qərb Universitetdən GreenPen.az Təhsil Resursuna verilən məlumata görə konfransda Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətindəki uğurlar, Azərbaycan Respublikasının dünya siyasətindəki rolu və yeri, bütün sahələrdə, o cümlədən elm, təhsil, iqtisadiyyat, mədəniyyət və s. həyata keçirilən məqsədyönlü siyasətdəki müvəffəqiyyətlər və digər mövzular müzakirə edildi.

Tədbirdə Qənirə Paşayeva Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Fazil Mustafa Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin üzvü, Zahid Oruc Azərbaycan Respublikasının Milli Məclisinin deputatı ,müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, İlham Məmmədzadə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, Cəbi Bəhramov AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, Qərb Universitetinin professor-müəllim və tələbə heyəti iştirak etdilər.

 GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *