Qərb Universitetinin tələbə və müəllim heyəti soyqırım günü Quba kütləvi məzərlığını ziyarət etdilər

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək.

Bu gün Qərb Universitetinin tələbə və müəllim heyəti İçərişəhər Dövlət Tarix — Memarlıq Qoruğu İdarəsi ilə birlikdə Quba kütləvi məzərlığını ziyarət etmişlər. Qərb Universitetinin Politologiya və Beynəlxalq münasibətlər kafedrasının müəllimi, t.e.ü.f.d. X.Səfərova tədbir iştirakçılarına soyqırımın tarixindən, hadisələrin gedişatından, ermənilərin törətdikləri vəhşiliklərindən bəhs etmişdir.

O bildirmişdir ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Üç gün davam edən qırğın döyüşlər zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalinin uşaqdan böyüyədək qətlə yetirmişlər. Quba kütləvi məzarlığında 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş Azərbaycanlıların, Yəhudilərin və digər millətlərin basdırıldıqlarını, indiyədək burada 400 insan qalığının tapıldığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *