Qərb Universiteti və Paris Sorbon Universiteti (Əbu Dabi) birgə həyata keçirdikləri Fransız dili Təməl proqramının təqdimatını keçirdilər

Elçin Sərdarov

İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator

Təhsil Sektorun İnkişafı layihəsi  

 

Bu günlərdə Qərb Universitetində bu təhsil ocağın Paris Sorbon Universiteti (Əbu Dabi) (PSUAD) ilə imzaladığı anlaşmaya əsasən həyata keçirəcəyi  Fransız dili təməl proqramının təqdimatı keçirilmişdir.  “Biz fəxr ilə qeyd etmək istəyirik ki, tərəfdaş universitetlər siyahısında yeni bir universitet, dünyanın qabaqcıl universiteti olan Paris Sorbona Universiteti də daxil oldu və birgə fəaliyyətimiz nəticəsində uşaqlarımız doğma evindən uzaq düşmədən dünyanın qabaqcıl universitetinin tələbə adını qazana biləcəklər” — bu haqda Fransız dili təməl proqramın acılışı ilə bağlı təqdimatda Qərb Universitetinin rektoru Zemfira Məmmədova dedi.

Tədbirdə Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Kərim Mikayılov, Paris Sorbon Universiteti (Əbu Dabi)-nin təmsilçiləri, Bakıda Fransa səfirliyinin Mədəniyyət işləri üzrə müşaviri Yoxan Şitere, səfirliyinin universitetlər arası əlaqələr missiyasının rəhbəri  Batis Menye,  Sorbon Universitetin eksperti Floran Pratlon,  Bakı şəhər orta məktəblərinin direktorları iştirak etmişdirlər. Tədbir  zamanı Fransalı qonaqlar və təlimçilər Azərbaycanla təhsil sahəsində inkişaf edən əməkdaşlıq haqqında, Fransız ali təhsilinin və peşə hazırlığının xaricdə dəyərləndirilməsi və təşviqi, xarici tələbələrin və tədqiqatçıların Fransada qəbulunun təşkili,  tələbə və tədqiqatçıların təqaüd, staj və digər beynəlxalq mobillik proqramlarının idarə olunması haqqında məlumat verdilər. Həmçinin, təqdimat iştirakçılarına Fransız İnstitutu, Liseyi, Fransada təhsil almaqla bağlı qaydalar haqqında məlumat verildi.

Proqramın təqdimatı ilə çıxış edən Paris Sorbonna Universitetinin postsovet ölkələri üzrə müşaviri İmran Muxtarovın verdiyi məlumata görə Paris — Sorbon Abu-Dabi Universiteti Xİİ əsrdə  əsası qoyulmuş Sorbon Universitetinin təhsil sahəsində əlamətdar irsini davam etdirir. Universitet təhsil və elm sahəsində əsas ideyaların inkişafı ənənələrini davam etdirir, təkmilləşdirməyə çalışır. Buna görə də Universitet dünyada ən nüfuzlu təhsil müəssisələrindən biri sayılır. Universitet güclü tolerant mədəniyyət, biliyə maraq, harmoniya, eləcə də maarifləndirməni təbliğ və inkişaf etdirən çox mədəniyyətli mühit yaratmaqla mədəniyyətlərarası körpü rolunu oynayır.

Qərb Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Səida Qasımovanın sözlərinə görə, Qərb Universiteti yarandığı gündən dünyanın aparıcı təhsil və elm mərkəzləri ilə əməkdaşlıq qurub və birgə layihələr həyata keçirir. Universitet İndiana Universiteti, Kaventri Universiteti, Zigen Universiteti, Kent Universiteti, Nottingem Trent Universiteti ilə uğurlu tərəfdaşlığını qurub. Universitetinin Erasmus tələbə-mübadilə proqramı və digər beynəlxalq proqramlarla əməkdaşlığı səmərəli davam edir.

Fransız dili üzrə Təməl Proqramı çərçivəsində beynəlxalq layihələr koordinatoru Səbuhi Sultanovun verdiyi məlumata görə 2016-cı ilin sentyabr ayından etibarən Qərb Universiteti PSUAD ilə birgə əməkdaşlıq çərçivəsində Fransız dili Təməl proqram fəaliyyətə başlayacaqdır. Bu proqramı müvəfəqiyyətlə bitirmiş tələbələr Paris Sorbon Universitetinin diplomunu əldə edəcəklər və bu diplom onlara Fransa universitetlərində təhsillərini uğurla davam etdirmək imkanını yaradacaqdır.

Fransıs dilinin tədris proqramı “Dillərin öyrənməsi, tədrisi və qiymətləndirilməsi üzrə Ümumavropa çərçivə sənədi” –nin (CECR) tərkib hissəsidir və fransız dili təlim proqramının tədrisi təkmilləşmiş yüksək ixtisaslı professor heyəti tərəfindən həyata keçirilir.

Qərb Universitetinin nəzdində fransız dili təlim proqramı mədəni çalarlıq və bənzərsiz dəqiqliyi ilə məşhur bir dili öyrənməklə təhil və karyera potensialını genişləndirməyə çalışan tələbələr üçün fransız dili kursuna start verir. Tələbələrin bacarıq və arzularına uyğun olaraq kurslar 2 səviyyədə keçiriləcək: başlanğıc və orta səviyyələrdə. Hər il iki dövlət universitetində  imtahan sessiyası keçiriləcək.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *