Alim Məmmədağa Sərdarovun 85 illik yubileyi keçirilib

Buğün Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, dövlət qulluğu təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü Məmmədağa Sərdarovun 85 illik yubileyi keçirilib. Tədbirdə alim Məmmədağa Sərdarovun elm və əmək fəaliyyəti, onun yüksək insani keyfiyyətləri, dövlətçiliyimizə, milli -mədəni dəyərlərimizə sadiqliyindən, Heydər Əliyev siyasi məktəbinin və azərbaycançılıq ideologiyasının təşviqində, miqrasiya sahəsində elmi -nəzəri və praktiki əsasların tədqiqində töhfələrindən , zəngin publisistik fəaliyyətindən İnstitutun rəhbərliyi, professor İlham Məmmədzadə, professor Eynulla Mədətli, elmi katib, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova, Həmkarlar ailəsi adından, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Asya Əhmədova, dəyərli alimlərimiz, professor Füzuli Qurbanov, professor Rəna Mirzazadə, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, professor Sakit Hüseynov, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrailov, yubilyarın ailə üzvləri adından böyük oğlu, layihə və kommunikasiya mütəxəssisi, BDU müəllimi Elçin Sərdarov və qonaqlar qeyd etdilər. Tədbirin sonunda yubilyara AMEA-nın Həmkarlar Komitəsi adından Fəxri Fərman təqdim edilib, sağlam, yaradıcı və sevincli ömür arzulanıb.

GreenPen.az heyəti görkəmli ziyalımız Məmmədağa Sərdarovun 80 illik yubileyi ilə bağlı təbriklərə qoşulur, yeni 2026-cı ildə yeni təşəbbüslər və xoş anlar arzu edir!