8 Noyabr Zəfər Günü

Əziz oxucular, Sizi möhtəşəm Zəfər Günü ilə təbrik edir, doğma Azərbaycanımıza sülh, milli həmrəylik və rifa arzu edirik!

Allah dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda çalışmış, döyüşmüş və şəhid olmuş soydaşlarımıza rəhmət eləsin. Şəhidlərimizin ağbirçək anaları, məğrur ataları və müəllimləri qarşısında baş əyirik.

Ölkə başçımız, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş Müzəffər ordumuzu, qaziləri, müəllimləri, həkimləri, diplomatları, hüquqşunasları, jurnalistləri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri, vətəndaş fəallarını və digər dövlət və özəl xidmət sahələrində çalışan həmvətənlərimizi, bizim xarici ölkələrdə və beynəlxalq təşkilatlarda olan dostlarımızı bu gözəl gün münasibəti ilə səmimi qəlbdən təbrik edirik!

«GreenPen.az» Təhsil PR Resursunun yaradıcı heyəti adından Layihə rəhbəri, Elçin Sərdarov