Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsi kollektiv iftar təşkil edib

ETİHİ Səbail Rayon Komitəsi 38 ilk təşkilatın və 70 ittifaq üzvünün iştirakı ilə İslamda təqvalı əməl sayılan və birliyin möhkəmlənməsinə xidmət edən kollektiv iftar təşkil edib.

ETİHİ Səbail Rayon Komitəsi 38 ilk təşkilatın və 70 ittifaq üzvünün iştirakı ilə İslamda təqvalı əməl sayılan və birliyin möhkəmlənməsinə xidmət edən kollektiv iftar təşkil edib.

Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsiz insanlara imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Bu ayda ən böyük savablardan biri Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyəti, dostluğu və qarşılıqlı hörməti təbliğ etməkdir.