Buğün Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin üzv təşkilatı olan «Turac» məktəbəqədər təhsil müəssisəsində «Oyunla öyrənirik: ünsiyyət və inkişaf» mövzusunda sertifikatlaşdırılmış təlimçi-məsləhətçi Elçin Sərdarov ödənişsiz təlim keçirib.
Təlimin məqsədi — tərbiyyəçilər, uşaqlar və valideynlər arasında ünsiyyəti oyunlar vasitəsilə gücləndirmək, onlara müsbət və inkişafetdirici kommunikasiyanın qurulması, səmərəli əməkdaşlıq edilməsi sahəsində bacarıqların formalaşdırılmasında dəstək olmaq idi.
Təlim iştirakçıları səmərəli kommunikasiyanın əsasları, növləri, məktəbəqədər müəssisədə əsas ünsiyyət maneələri, peşəkar ünsiyyətin 4 prinsipi, ünsiyyət alqoritmi ilə tanış oldular.
Təlim «Meyvə salatı», «Adanı seç», «Aktiv dinləmə» və digər maraqlı oyunları və təqdimatlarla davam edib.












