Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı şahmat yarışması keçirilb

Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin təşkilatçılığı ilə 18.03.2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş 12 üzv təşkilatın təhsil işçiləri arasında şahmat yarışması keçirilib.

Yarışda I-ci yeri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Abdullayev Vasif Müstaq oğlu, 2- ci- yeri 236 nömrəli tam orta məktəbin müəllimi — İsgəndərli Fərid İsmayıl oğlu, III-cü yeri 236 nömrəli tam orta məktəbin müəllimi — Quliyev Şakir Qulu oğlu qazandılar.

ETİHİ ailəsi adından qalibləri təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik.