«Yaşıl enerji» və yaşayış binalarda enerji səmərəliyinin artırılmasına dair digər mövzülar ictimaiyyətlə müzakirə olundu

«Ekoleks» Ekoloji Hüquq Mərkəzi «Yaşayış binalarda enerji səmərəliyinin artırılması» ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə seminar keçirdi. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev ETSN-nin gördüyü işlər haqqında, «Ekoleks» Ekoloji Hüquq Mərkəzinin layihə rəhbəri Sevil İsayeva layihə haqqında, layihənin eksperti Samir İsayev «Yaşayış binalarının enerji səmərəliyinin siyasi və hüquqi məsələləri» , Memarlıq və İnşaat Universitetinin Mühəndis Sistemləri və Qurğuları tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov «Yaşayış binalarda enerji səmərəliyi və ekoloji problemlər», «Ekotes» QHT rəhbəri Nəzərov Çinqiz «Yaşayış binalarda enerji səmərəliyi üzrə bələdiyyə və mülkiyyətçilərin əməkdaşlığı»mövzularında çıxış etdilər.

Sual — cavab sessiyasında COP üzrə beynəlxalq kommunikasiya qrupunun məsləhətçisi və «Yaşıl qələm» təhsil resursunun rəhbəri layihə mövzusunun aktual olduğunu qeyd edərək bu sahədə məlumatlandırma işlərinin , qurumlar arası kommunikasiyanın, kadr potensialının gücləndirilməsi kimi məsələlərə diqqət yetirdi. Tədbirdə dünya təcrübəsinə əsaslanaraq yaşayış binalarında enerji səmərəliyinə nail olunmaq üçün dövlət və biznes əməkdaşlığının inkişafı, «Ekoloji audit» in fəaliyyətinin genişlənməsinə aid qanunvericilik təşəbbüsləri, «Təmiz ətraf mühit» məqsədlərinə nail olması ilə bağlı təkliflər verildi.