Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda Respublika Elmi Konfransı 5 may 2023-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd Heydər Əliyev tərəfindən əsası qoyulmuş fundamental əsaslara söykənən dövlətçilik siyasətinin bu gün də uğurla davam etdirilməsini ətraflı təhlil etməkdir. Elmi konfransla bağlı məqalələrin göndərilməsi üçün son tarix – 14 aprel 2023-cü il.
Bu haqqda GreenPen.az-a f.ü.f.d, dosent Zeynəddin Şabanov məlumat verdi.
Konfransın işçi dilləri: azərbaycan, türk, rus.
Məqalələrin tərtibatına tələblər:
- məqalələrin adı — 12 pt, baş hərflərlə, tünd rəng, ortada;
- müəllif(lər)in adı, soyadı, ata adı, e-mail ünvanı, təmsil etdiyi ölkə və
müəssisənin adı — 12 pt, tünd rəngdə, (səh. yuxarısında sağda); - məqalələrin həcmi – 2-3 səhifə, ədəbiyyat siyahısı daxil olmaqla;
- məqalələrin mətni- Times New Roman, 12pt ilə; yuxarıdan – 2sm, aşağıdan — 2 sm, soldan — 3 sm, sağdan — 2 sm; sətirlərarası interval – 1;
- ədəbiyyata istinadlar mətn daxilində (məs.: Soyad, 2017:15) verilir, sonda
ədəbiyyat əlifba sırası ilə düzülür və nömrələnmir. - Açar sözlər — 5 söz.
- Məqalənin mətninin plagiatdan keçirilməsinə dair arayışın surəti.
- Türk, rus və ingilis dilində təqdim olunmuş məruzələrə Azərbaycan dilində 50 sözdən ibarət xülasə əlavə edilməlidir.
- Məqalələr bu e-mailə göndərilməlidir: iqtisadi, idarəetmə sahəsi üzrə
[email protected] və sosial-mədəni sahə üzrə
[email protected].
Təşkilat komitəsi təqdim edilən məqalələri konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan, tələblərə cavab verməyən materiallar qəbul edilməyəcək. - Konfransın keçirilmə yeri: Bakı şəhəri, Azadlıq prospekti 181, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.
Əlaqə telefonları:
(+994 12) 563-06-88
(+994 50) 583-33-53 (+994 50) 631-57-90