Torpaq çərşənbəsində 23 mindən çox ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən GreenPen.az-a verildiyi məlumata görə, Novruz bayramının əlamətdar günlərindən olan Torpaq çərşənbəsində ağacəkmə tədbirləri Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəmkir, Ağcabədi, Bərdə, Masallı, Lənkəran rayonlarının meşə fondu torpaqlarında keçirilib və ümumilikdə 23 500 ədəd müxtəlif növ ağac tingi əkilib, 870 kiloqram toxum səpilib.

Məlumata əsasən, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə, ümumilikdə 100 minə yaxın ağac əkilib.