«Meşə qanunvericiliyini gücləndirilməsi və idarəedilməsi üzrə Avropa təcrübəsi iyul ayın 11-14 İsmayıllıda keçiriləcək ekoloji jurnalistika üzrə təlimdə müzakirə ediləcək» — bu haqda GreenPen.az-a WWF — Arərbaycan-ın Layihə Koordinatoru Könül Əhmədova məlumat verdi.
Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN), əməkdaşlığı ilə Dünya Bankı tərəfindən həyata keçirilən Avropa qonşuluq və Meşə qanunvericiliyinin gücləndirilməsi və idarəedilməsi üzrə II Proqramı (FLEQ II) çərçivəsində təşkil edilən bu təlimdə Layihə haqqında Milli Məclisin nümayəndəsi, layihənin milli məsləhət şurasının sədri Şamil Hüseynovun, Ekologiya və Təbii sərvətlər nazirliyinin meşələrin inkişafı departamentinin nümayəndəsi Sadiq Salmanovun, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini Lalə Dadaşovanın, WWF Dunay-Meşələrin və mühafizə olunan ərazilər proqramının, Karpat proqramının rəhbəri Koster Bucurun, FSC-nin sertifikatlaşdırılmış təlimçisi, «Yaşıl qələm» (Green Pen) müəllimlərin və jurnalistlərin təhsil şəbəkəsinin nümayəndəsi, təlimçi Elçin Sərdarovun iştirakları nəzərdə tutulub.
Tədbir zamanı yerli jurnalistlər və Ali təhsil müəssisələrinin jurnalistika fakültələlərində təhsil alan tələbələr FLEQ II layihəsi haqqında, ətraf mühit və təbii sərvətlərdən istifadəyə dair milli qanunvericiliyinin əsas aspektləri, Azərbaycanın Milli Meşə Fondu, Meşələrin idarəedilməsi, Rumıniya misalında qeyri qanuni oduncaq tədarükünün qarşısının alınmasında medianın rolu, media vasitəsi ilə ictimaiyyətin mühafizə tədbirlərinə cəlb edilməsi, FSC:ölkə və region səviyyəsində nailiyyətlər və ictimaiyyətin rolu, Ekoloji jurnalistikaya giriş: yerli və qlobal ekoloji mövzular, ekoloji terminologiyalar, statistik terminologiyalar və mənbələrlə tanış olub, ekoloji xəbərlərin yazılması, ideyanın tapılması, mövzuların müəyyən edilməsi, informasiya mənbəyi, ekoloji QHT və institutlar alternativ informasiya mənbəyi kimi, yaxşı məqalələr və pis məqalə mövzuları üzrə müzakirələrdə iştirak edəcəklər.
Təlim zamanı tədbir iştirakçıları jurnalistlər üçün keçirilcək müsabiqə şərtləri ilə tanış olacaqlar, Layihəni əhatə edən meşə ərazilərinə səfər edəcəklər.
GreenPen.az