«Tərəqqi» texniki-humanitar liseyində «Qlobal məqsədlər»lə bağlı təlim keçirildi

E.Sərdar, V.Həsənova

Şəkillərin müəllifi — Elnur Sərdarov

Dekabrın 22-də «Tərəqqi» texniki-humanitar liseyinin şagirdləri ilə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi ilə tanışlıq seminarı keçirildi.

GreenPen.az-a Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda verilmiş məlumata görə seminar beynəlxalq mütəxəssislərin  hazırladığı  və TİPİİ-nin əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş «Qlobal məqsədlərə giriş» adlı dərs icmalı əsasında keçirilmişdir. Seminarın sonunda YUNESKO-nun təklifi ilə  17 Qlobal məqsədlərə nail olmaq üçün fikirlərdən ibarət kağız zəncir hazırlanmışdır. Seminar TİPİİ-nin Beynəlxalq layihələr şöbəsinin əməkdaşları Vüsalə Həsənova və Elçin Sərdarovun birgə səyi nəticəsində həyata keçirilmişdir.

Bu cür dərslərdə  şagirdlər Qlobal məqsədlərin əhəmiyyətini dərk edərək, bu məqsədlərlə bağlı işlərdə daha fəal iştirak edəcəklər. Həmçinin  belə mövzularda keçirilən dərslərin şagirdlərdə ətraf mühitə qarşı düzgün münasibət, ədalətlilik, qarşılıqlı hörmət, təhsilin imkanları, dayanıqlı inkişaf, digər bu kimi məsələlərlə bağlı qlobal düşüncə və fəal vətəndaş mövqeyinin formalaşdırılmasında rolu böyükdür. Belə mövzularda təşkil olunan dərslər məktəblilərdə yeni ideyaların və təşəbbüslərin yaranmasına təkan verir.

Seminarın yekununda Qlobal məqsədlərin məktəblilər arasında təbliğ olunmasında göstərdiyi dəstəyə görə liseyin direktor əvəzi Sədaqət Nağıyevaya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna öz təşəkkürünü bildirdi

GreenPen.az