Pedaqoji kadrların işə qəbulu üzrə IV müsabiqə keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində GreenPen.az-a verildiyi məlumata görə, Respublikanın uşaq musiqi və incəsənət məktəblərinə, mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti IV müsabiqəyə elektron ərizələrin qəbulu 2017-ci il 15-24 avqust tarixlərində, müsabiqənin müsahibə mərhələsi isə 2017-ci il 28 avqust-11 sentyabr tarixlərində aparılacaqdır. Pedaqoji kadrlara tələbata dair cədvəl, müsabiqənin aparılması qaydaları və elektron ərizə forması Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının (www.mct.gov.az) “Elanlar” bölməsində 2017-ci ilin 15 avqust tarixində yerləşdiriləcəkdir.

GreenPen.az