Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura səviyyəsi üzrə məzunlarının nəzərinə!

Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə ikinci sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Xaricdə doktorantura təhsilinin maliyyələşməsinə müraciət edən zaman tələb olunan sənədlər
• Dünyanın top 500 universitetlərdən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
• Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
• Tədqiqat işi (azərbaycan dilində və 2000 sözdən az olmayaraq);
• Diplom(lar) və əlavəsi(ləri);
• Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
• Tövsiyyə məktubları (2 ədəd);
• Sağlamlıq haqqında arayış (AZS – 086/1);
• Elmi məqalələrin surəti (mövcud olduğu halda);
• CV.

Proqrama müraciət tarixləri 3 avqust — 20 sentyabr 2023-cü ili əhatə edir.
Hər hansı əlavə sual yarandığı zaman dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.