BDU-nun Jurnalistika fakültəsinə tələbə qəbulu aparılır

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 4 kafedra, bir elmi-tədqiqat laboratoriyası, həmçinin Tədris tele-radio studiyası və «Füyuzat» Media mərkəzi fəaliyyət göstərir.

Fakültədə Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia ve elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları fəaliyyət göstərir.

Jurnalistika ixtisası üzrə Universiteti bitirən məzunlar müxtəlif media qurumları, müəssisə və təşkilatların mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbələri, informasiya agentlikləri və  reklam sahələrində çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.