Türkiyədə təhsil imkanı. Sənəndlərin son qəbul tarixi:20.03.23

Türkiyə Respublikası tərəfindən 2023-2024-cü tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Bu haqda məlumat Təhsil Nazirliyi vasitəsilə GreenPen.az-a daxil olunub.

Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

Maliyyələşmə: təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş
təhsil haqqı (1 illik türk dili kursu daxil), yataqxana,
sığorta, yol xərci xərclərini əhatə edir.
Təhsil səviyyəsinə uyğun aylıq təqaüd:
bakalavriat səviyyəsi üzrə: 1000 TL
magistratura səviyyəsi üzrə: 1400 TL
doktorantura səviyyəsi üzrə: 1800 TL

Tədris dili: Türk dili
Yaş kriteriyası: Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21
yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura
səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır.
Son müraciət tarixi: 20 fevral 2023-cü il
Müraciət səhifəsi və təqaüd proqramı barədə ətraflı məlumat aşağıdakı keçidlərdən əldə edilə bilər:
https://turkiyeburslari.gov.tr/
https://tbbs.turkiyeburslari.gov.tr/
Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir